ADPU-nun Quba filialı istər elmi tədqiqatçılıq, istərsə də tədris, təlim, tərbiyə sahəsində uğurlu nəticələr əldə edir

ADPU-nun Quba filialı istər elmi tədqiqatçılıq, istərsə də tədris, təlim, tərbiyə sahəsində uğurlu nəticələr əldə edir

Hər il dünyada nəşr olunan 4 məqalədən biri dünyanın ən nəhəng nəşriyyatlarından biri olan “ELSEVİER” nəşriyyatının payına düşür.
1880-ci ildə təsis edilən, mərkəzi qərargahı Niderlandın paytaxtı Amsterdam şəhərində yerləşən, məşriyyatın illik gəliri milyard dollarlarladır.
ADPU-nun Quba filialının direktoru dosent Yusif Alıyev beynəlxalq səviyyəli bu nəşriyyatın bir neçə mötəbər jurnalı ilə əməkdaşlıq edib jurnalda çap olunmaq üçün göndərilən məqalələrə rəylər təqdim edir.
2020-ci ildə dosent Yusif Alıyevin rəyçi kimi fəaliyyətini yüksək qiymətləndirib elmi fəaliyyətinə dəyər verən nəşriyyatın “Elsevier Reviewer Experience Team” qrupu adından bu gün direktora təşəkkür məktubu ünvanlanıb.

Belə uğurlu elmi nəticələr həm də ziyalıları, elm adamlarını bir araya toplayan mərkəz olan Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının uğuru hesab edilir. Biz də kollektiv adından hörmətli direktorumuz dosent Yusif Alıyevi səmimqəlbdən təbrik edir, uğurlarının davamlı olmasını arzu edirik.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?