ADPU-nun Quba filialı 30 illik yubileyi ərəfəsində növbəti uğur əldə edib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının 30 illik yubileyi münasibətilə Moldovanın Tiraspol Dövlət Universitetinin Senatının qərarı ilə “Tiraspol Dövlət Universiteti” qızıl medalı ilə təltif olunub.
Qeyd edək ki, Tiraspol Dövlət Universiteti Moldova Respublikasının dövlət universitetləri siyahısına daxildir. Universitet Moldova SSR-də 1 oktyabr 1930-cu ildə təsis edilən ilk ali təhsil müəssisəsi olmaqla, Moldovanın görkəmli şairi Taras Qriqoryeviç Şefçenkonun adını daşıyır. Universitet Dnestriyani münaqışəsi zaman separatizmin qurbanları olaraq, müəllim heyəti ilə birgə evakuasiya edilərək Kişinyov şəhərində yerləşdirilmişdir. Universitetdə hazırda 32 ixtisas mövcuddur ki, onlardan ən populyarları: riyaziyyat, fizika, biologiya, kimya, xarici dillər, informatika, psixologiya, pedaqogika ixtisaslarıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.