ADPU- 100 illik yubiley şərəfinə təşkil edilmiş möhtəşəm tədbirlə növbəti 100 illiyə ilk addım atıldı. Dekabrın 17-də ADPU-nun 100 illik yubiley tədbiri Heydər Əliyev Mərkəzində böyük təntənə və alqışlara layiq dəyərdə təşkil edilmişdir, tədbirdə Təhsil naziri Emin Əmrullayev, dəyərli rektorumuz professor Cəfər Cəfərov, Millət vəkilləri, ölkənin tanınmış şəxsləri, ziyalıları iştirak edib.
Tədbirdə ADPU-nun filialları da təmsil olunub.