Adlı təqaüd, yoxsa tələbələrin gələcəyə, təhsilə inamının, həvəsinin artırılması yolları

“İnsan ən çoxu 100 il ətrafında yaşayır. Geoloji dövrlərlə müqayisədə bu, çox cüzi müddətdir. Bu qısa dövrü ziyankarca xərcləsək, həyatımızı mənasız yerə sərf etmiş olarıq. Xoşbəxtlik hər kəsin haqqıdır və heç kim bunu başqalarının əlindən ala bilməz. Situasiya necə olursa olsun, insan xilqətinin başqasına əzab vermək kimi bir məqsədi olmamalıdır. Elmin və maddiyatın zirvələrinə dırmansaq belə, əgər yetərincə qayğı və mərhəmət göstərə bilmiriksə, deməli, həyatımız insana layiq həyat deyil.” Dalay Lama

Həqiqətən də belədir, savadlı, ziyalı, elmin dərinliklərinə bələd olan insan öz ətrafındakı insanların xoşbəxt olması, ən azından gülümsəməsi üçün mümkün addımları atmağı bacarmalıdır. Xüsusilə də ziyalı insanlar rəhbər vəzifədə olduqda əgər bu tendensiyanı məqsəd kimi qarşıya qoyarsa, çox insanın həyatı, zamanı  daha faydalı yaşamasına vəsilə ola bilər. Tələbələr üçün isə zamanın faydası, həyatın mənası onların dörd illik müddətdə təhsilin, elmin, biliyin dəyərini anlamaq, daha insani xarakter xüsusiyyətlərə yiyələnmək, yüksək tərbiyəvi əxlaqi dəyərlərə sahib olmağın üstünlüyünü anlamaqdır. Bunu daha məqsədəuyğun yollarla onlara anlatmaq isə rəhbərin, valideynin, professor və müəllim heyətinin öhdəsinə düşür. Sevindirici haldır ki, filialımızda tələbələri, onların inkişafını hərtərfli şəkildə düşünən rəhbərlik və professor-müəllim heyəti vardır.

Tələbə-gənclərin gələcək üçün daha faydalı kadr, mütəxəssis, ən əsası da şəxsiyyət kimi yetişmələri üçün onlarda inamın artırılması, təhsil, tədris, tərbiyə prosesinə daha həvəsli cəlb edilməsi ali təhsil ocaqları qarşısında duran əsas vəzifələrdəndir. Bu yollardan təbii ki, ən başlıcası  tələbələrə onların yüksək tədris göstəricilərinə görə mükafatlandırma və mədəniyyət, istedad və bacarıqlarına uyğun sosial-ictimai, fəal fəaliyyətlərə cəlb etməkdir. Daim ulu öndər Heydər Əliyev ideyaların sadiq, Prezident İlham Əliyevin rəhrliyi ilə həyata keçirilən təhsil siyasətinə dəstək olan, filialın kollektivinə innovativ düşüncəli tələbələrin fikirlərinin daha önəmli olmasını vurğulayan, hər zaman bir dost, qardaş, ailə başçısı kimi tələbə-gənclərin yanında olmağı bacaran filialımızın direktoru dosent Yusif Alıyev də bütün ideyaları ilə gələcəyimiz olan gəncləri düşündüyündən onları tədris prosesində daha da həvəsləndirmək üçün olimpiadaların, bilik yarışlarının, müsabiqələrin keçirilməsindən sonra, növbəti addım kimi Adlı təqaüdlərin təsis edilməsi fikrini irəli sürdü.

Belə ki, dosent Yusif Alıyevin təşəbbüsü ilə 2019/2020-ci tədris ilinin əvvəlində belə bir ideya irəl sürüldü ki, ADPU-nun Quba filialının ixtisasları üzrə III tədris ilindən başlayaraq ümumi tədris göstəriciləri ən yüksək olan tələbələrinə semestrdə bir dəfə olmaqla Adlı təqaüdlər təyin edilsin. Təbii ki, bu qərar vaxtında verilmiş bir qərar idi. Bu səbəbdən də tələbələr filialda yeni tətbiq edilən mərkəzləşdirilmiş və obyektiv imtahan prosesinə daha tez adaptasiya oldular, müvəffəqiyyət əldə etdilər.
Bu dəfə həmin o tələbələrimizi dinlədik ki, digər gənclərimizə də örnək olsun. Adlı təqaüdlərə layiq görülən gənclərimiz aşağıdakı ixtisasın tələbələridir.
1. Fərhadlı Murad Fərhad oğlu – Tarix coğrafiya müəllimliyi ixtisası, III tədris ili, 1802, Heydər Əliyev adına təqaüd

  1. Abayeva Xatirə Qurban qızı Tarix coğrafiya müəllimliyi ixtisası, III tədris ili, 1801, Fətəli xan adına təqaüd
  2. Çobanova Sabrina Səttar qızı Riyaziyyat İnformatika müəllimliyi ixtisası, IV tədris ili, 704-cü qrup, Nadir İbrahimov adına təqaüd.
  3. Bilalova Nərmin Ruslan qızı İbtidai sinif müəllimliyi, IV tədris ili, qrup 127, Badisəba xanım Köçərli adına təqaüd
  4. Bağışova Gülnar Elman qızı Məktəbəqədər təlim tərbiyə ixtisası, IV tədris ili, qrup 804, Abbasqulu ağa Bakıxanov adına təqaüd
  5. Xəlilova Mədinə Fikrət qızı Təhsildə sosial-psixoloji xidmət ixtisası, qrup 1801, Kübra Fərəcova adına təqaüd.

Həmin tələbələrin fikirləri də olduqca maraqlıdır:

Fərhadlı Murad Fərhad oğlu: Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı mənim üçün olduqca doğma bir yerdir. Təhsil almağa başladığım gündən etibarən ixtisasım üzrə çox dəyərli alim və professorlardan biliklər əldə etdik. Əldə etdiymiz təcrübənin, biliyin bizlər üçün obyektiv şəraitdə qiymətləndirilməsi isə ali təhsil təhsil alan bütün tələbələrin böyük arzusudur. Bizlər də sevinirik ki, təhsil aldığımız ali təhsil ocağında bizlərə belə bir şərait yaradılıb. Çox çalışdım, çünki məqsədim vardı ki, özümü savadımla təsdiq etmək və sonunda nail olmağı bacardım. Əldə etdiyim tədris nəticəmin ən yüksək olması mənim ulu öndər Heydər Əlyev adına təqaüdə layiq görülməyimə səbəb oldu. Bu doğrudan da qürurvericidir.
Məqsədimizi reallaşdırmaq, tələbə kimi özümüzü təsdiq etmək üçün yaradılan bu şəraitə görə başda filialın direktoru dosent Yusif Alıyevə və bütün professor-müəllim heyətinə təşəkkür edirəm. Burada təhsil aldığım üçün qürur duyuram. Ümid edirəm ki, gələcəkdə də karyera seçimində bu ali təhsil ocağı məni öz sıralarına qəbul edəcək.

Bilalova Nərmin Ruslan qızı: Universitetə qəbul olduğum il qarşıma məqsəd qoymuşdum ki, təqaud alacam. Və 1-ci kursda adi, 2, 3-cü kurslarda zərbəçi təqaüdü aldım, əlaçı olmaq üçùn cox çalışırdım ama bu 4-cü kursa qismət imiş. Nəticəmin ixtisas üzrə yüksək olacağı ağlıma belə gəlməzdi… Fərqləndirildiyim üçün müəllimlərimə və ADPU-nun Quba filialının rəhbərliyinə təşəkkürlər edirəm.
Abayeva Xatirə Qurban qızı: Adlı təqaüdlərin filialda təsis edilməsi bizlərdə daha böyük inam yaratdı ki, insanın savadı və təhsili ilə fərqlənə bilməsi böyük fəxrdir. Bundan əlavə Quba rayonundan olan tələbə-gənc kimi həm də rayonumuzun tarixində misilsiz xidmətləri olan görkəmli alim və ictimai xadimləri araşdırdıq, tanıdıq. Necə deyərlər, həm savadımızla bizi tələbə yoldaşlarımıza, həm tariximizlə bizi bu günümüzə, sözünü həqiqi mənasında isə “Özümüzü özümüzə” tanıtdığına görə dəyərli insan, hörmətli direktorumuz Yusif Alı Avşara təşəkkür edirəm.

Çobanova Sabrina Səttar qızı: Tələbəçilik həyatımızın ən yaddaqalan və ən çox nümunə götürdüyümüz illəridir. Əgər bu dönəmdə biz gənclərin qarısına daha dəyərli, vicdanlı, işinin məsuliyyətini dərk edən və savadlı insanlar çıxarsa bizlər də gələcəkdə bu yöndə nümunə götürəcəyik. Filialda rəhbərliyin təşəbbüsü ilə yaradılan tam obyektiv və mərkəzləşdirilmiş imtahan prosesinin təşkili, tapşırılan işin öhdəsindən layiqincə gələn İmtahan Qərargahının əməkdaşları sayəsində bu gün biz bu nümunənin şahidi olduq. İmtahanda yeganə meyar deyldiyi kimi elə tələbə biliyi oldu. Bu şəraitdə fərqlənmək isə daha böyük sevinc hissi yaşadır. Əldə edəcəyimiz vəsaitin dəyərini sözlə anlatmaq qeyri-mümkündür. Əməyi keçən hər kəsə təşəkkür edirik.

Xəlilova Mədinə Fikrət qızı: Adlı təqaüdə layiq görülmək tələbə üçün böyük nəticədir. Bu nəticənin əldə edilməsində hər zaman yanımızda olan filial rəhbərliyinə, Pedaqoji fakültənin dekanlığına, professor-müəllim heyətinə təşəkkür edirəm. Yaxşı ki, ADPU-nun Quba filialında təhsil alıram. Bu şəraitdə bizim uğurlarımız daha da çox olacaq.


 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir