Abituriyentlərin nəzərinə: ADPU QUBA filialında sənəd qəbulu onlayn aparılacaq!

04.09.2021
Abituriyentlərin nəzərinə: ADPU QUBA filialında sənəd qəbulu onlayn aparılacaq!

2021/2022-ci tədris ili üzrə ADPU QUBA filialında sənəd qəbulu onlayn formada həyata keçiriləcək.

Onlayn qəbul üçün abituriyentlər mütləq portal.edu.az saytından  qeydiyyatdan keçməlidir. Qeydiyyatdan keçmək üçün abituriyentlərin aktiv istifadə etdikləri elektron poçt ünvanının (e-mail) olması vacibdir. Portal üzərindən qeydiyyatdan keçən abituriyentlər üçün şəxsi kabinet yaranır, şəxsi kabinet bir necə istiqamət üzrə abituriyentə hərəkət etməyə imkan verir. Bu imkanlardan biridə qəbul olunduqları ali məktəbə müraciət bölməsidir. İstifadəçi onlayn qəbul üçün mütləq “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə, müraciətinizi qəbul olduğunuz təhsil müəssisəsinə göndərməlisiniz.

Portalda artıq qeydiyyatınız yarsa, yenidən qeydiyyatdan keçməyinizə ehtiyac yoxdur.

Dövlət sifarişi və ödənişli əsaslarla qəbul olan abituriyentlərin qeydiyyatı  üçün tələb olunan sənədlər:

  1. Fotoşəkil (ağ fonda);
  2. Şəxsiyyət vəsiqəsinin surəti;
  3. Təhsil haqqında sənəd – Attestatın əsli; (subbakalavrlar üçün- diplom və ya arayış)
  4. İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin surəti (oğlanlar üçün);
  5. Ödəniş qəbzi (yalnız ödənişli əsaslarla qəbul olanlar üçün).

QEYD: ödənişli əsaslarla ADPU QUBA filialına qəbul olan abituriyentlər qeydiyyatdan keçərkən I ilin təhsil haqqının minimum 50%-ni ödəməlidir.

Abituriyentlər təhsil haqqını ADPU QUBA filialına necə ödəyə bilər?

Abituriyentlər təhsil haqlarını 4 üsulla ödəyə bilərlər:

  • “Kapital Bank”ın ödəniş terminalları vasitəsilə. Ödəniş edərkən tələb olunan məlumatları daxil etmək mütləqdir (fakültə və qrup barədə məlumat xanasında isə abituriyentin iş nömrəsi qeyd edilir);
  • ADPU QUBA filialının hesabına birbaşa mədaxil etməklə. Bu əməliyyatı “Kapital Bank”ın filial və şöbələrində etmək mümkündür.
  • Onlayn qaydada Hökümət Ödəniş Portalı vasitəsilə: https://gpp.az/ Bütün ödənişlər-Təhsil- Ali Təhsil Müəsisələri- Şəxsiyyət vəsiqəsinin FİN kodunu daxil edərək ödəniş edə bilərsiniz.
  • Digər hesablardan ADPU QUBA filialın bank hesabına köçürmə yolu ilə.

ADPU QUBA filialının bank rekvizitləri:

Bank: “Kapital Bank” ASC-in Quba filialı

Filialın kodu: 200651

VÖEN: 9900003611

SWIFT kod : AIIBAZ2X

Müxbir hesab: AZ37NABZ01350100000000001944

Benefisiarın adı: ADPU Quba filialı

Benefisiarın hesabı: AZ05AIIB33070019446506487165

VÖEN: 4500163851

Ödənişin təyinatında tələbənin soyadı, adı və atasının adı, eləcə də iş nömrəsi qeyd edilməlidir.

Təhsil haqqından azad olunan abituriyentlərdən tələb olunan sənədlər:

  1. I və II dərəcə əlilliyi olan şəxslər, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək abituriyentlər:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumat. (Forma 88). Arayışlar elektron formada olmadıqda arayışın surəti notarial qaydada təsdiq edilməlidir.

  1. Məcburi köçkün statusu olan Azərbaycan Respublikasının vətəndaşları:

Tələbənin cari ilin sonunadək qeydiyyatdan keçirilmiş məcburi köçkün vəsiqəsinin, notarial qaydada təsdiq edilmiş surəti.

  1. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar:

Vəfat etmiş valideyinin (valideynlərin) ölüm haqqında şəhadətnaməsinin surəti, digər valideyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumat. (Forma 88) Arayışlar elektron formada olmadıqda arayışın surəti notarial qaydada təsdiq edilməlidir.

Əyani formada təhsil alan 23 yaşınadək şəxslərə aiddir.

4.Şəhid ailəsinin üzvü olan abituriyentlər –

  • Şəhid ailəsi vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti;
  • 18 yaşı tamam olan abituriyentlər şəhid ailəsinin üzvi kimi vəsiqənin surətini, vəsiqəsi olmayanlar doğum haqqında şəhadətnamənin surətini təqdim etməlidir
  • Mərhum valideynin ölüm haqqında şəhadətnaməsinin surəti.

QEYD: 18 yaşı tamam olan abituriyentlər şəhid ailəsinin üzvü kimi müstəqil vəsiqə almalıdır. Təhsil haqqından 23 yaşı tamam olana kimi azad olunur.

  1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş vətəndaşların övladları

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumat (Forma 88). Arayışlar elektron formada olmadıqda arayışın surəti notarial qaydada təsdiq edilməlidir.(Əlilliyin səbəbi sərəncamda göstərildiyi kimi olmalıdır).

5a. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların övladları:

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən valideynin Azərbaycan Respublikasının  müdafiəsi zamanı həlak olması barədə sənəd. Arayış və ya əmrdən çıxarış (itkin düşənin ölmüş elan edilməsi haqqında məhkəmənin qərarı).

Qeyd: Abituriyentlər karantin bitdikdən sonra göstərilən təhsil haqqında sənədin əslini və təhsil haqqından azad olma barədə sənədlərin notarial qaydada təsdiq olunmuş surətini dekanlığa təqdim etməlidirlər.

Qeyd: Dövlət İmtahan Mərkəzinin rəsmi elan olunmuş aşağıdakı məlumatını nəzərə almağınızı xahiş edirəm. Abituriyentlərin qəbul olunduqları təhsil müəssisələri üzrə qeydiyyatı onlayn qaydada  http://portal.edu.az/vasitəsilə aparılacaq.  Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcəkdir.

Qeydiyyat zamanı qəbul olduğum ali təhsil müəssisəsi ilə necə əlaqə saxlaya bilərəm?

ADPU QUBA filialının qaynar xətti və elektron ünvanını təqdim edirik.

Onlayn qeydiyyat zamanı hər hansı sualınız yaranarsa müraciət edə bilərsiniz.

Qaynar xətt : (050) 4971262, (023)3355237, (023)3351762

e-mail: yusifabayev@adpu.edu.az

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?