![ADPU-nun Quba filialının tələbələri olan gənclər YAP Quba rayon təşkilatını respublika turnirində təmsil ediblər](https://adpuquba.edu.az/wp-content/uploads/2022/11/313407007_576911620909762_6643662163276482392_n.jpg)
Oktyabrın 30-da Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyinə həsr olunmuş sərbəst və yunan-roma güləşi üzrə turnirə start verilib.
C qrupu üzrə 10 komandanın ( Abşeron, Sumqayıt, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz, Şuşa və Zəngilan) mübarizə apardığı ümumrespublika turnirinə Abşeron Olimpiya İdman Kompleksində, əsasnaməyə uyğun olaraq görüşlər keçirilib.
Turnirdə YAP Quba rayon təşkilatını , məşqçi Röşən Əliyevin başçılığı altında sərbəst güləş üzrə
65 kq çəki dərəcəsində Mərdanov Səfa,
70 kq çəki dərəcəsində Mürşüdov Nurlan,
74 kq çəki dərəcəsində Mehtiyev Şahnur, yunan-roma güləşi üzrə
67 kq çəki dərəcəsində Məlikov Mirsamir,
72 kq çəki dərəcəsində Qəribov Elçin,
77 kq çəki dərəcəsində Mustafayev Mustafa təmsil ediblər.
Oyunun nəticələrinə əsasən C qrupunda ən yüksək nəticə göstərən Abşeron və Sumqayıt komandalarıın güləşçiləri növbəti mərhələyə vəsiqə qazanıb.
Hər bir komanda üzvlərinə müvəffəqiyyətlər arzulayırıq.
![](https://adpuquba.edu.az/wp-content/uploads/2022/11/312122693_576911737576417_6278527680715367507_n-300x200.jpg)
![](https://adpuquba.edu.az/wp-content/uploads/2022/11/312966798_576911664243091_3090154986134578704_n-300x200.jpg)