Kərimov Qabil Zülfüqar oğlu

Ana səhifə » Kərimov Qabil Zülfüqar oğlu

Kərimov Qabil Zülfüqar oğlu 14 aprel 1974-cü ildə Xaçmaz rayonu Qımıl-qışlaq kəndində anadan olub.

Təhsili:

1991-ci ildə Xaçmaz şəhər 3№-li tam orta məktəbini bitirmişdir.

1992-ci ildə ADPU-nin “Pedaqogika və psixologiya” fakultəsinə qəbul olmuşdur.

1997-ci ildə həmin fakultəni bitirərək “Pedaqogika və psixologiya müəllimi,təşkilatçı- metodist” ixtisasına yiyələnib.

2001-ci il 02-29 yanvar AMİ-də rəhbər təhsil işçilərinin ixtisasartırma fakultəsində praktik psixoloqlar kursunu bitirib.

2007-ci il 5-9 fevral AMİ və onun filiallarının əməkdaşları üçün təşkil edilmiş “Həyati bacarıqlara əsaslanan təhsil” seminarını bitirib.

2007-ci il 8-9 iyun Qızıl Xaç Beynəlxalq təşkilatının “Humanizm prinsiplərin Beynəlxalq humanitar hüquq və muasir təlim metodları əsasında tədrisi” kursunu bitirib.

2009-cu il 19-21 may AMİ Quba fılıalında “Fəal təlim və kurikulum” seminarını bitirib.

2011-ci il TN və “Mədəd” Təşkilatı tərəfindən təşkil edilmiş İKT-nin təhsilə tətbiqi üzrə Müəllimlərin Peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi təlim kursunu bitirib.

2012-ci il AMİ, Psixologiya müəllimləri üçün təşkil edilmiş  “Öyrədənlərin oyrədilməsi” proqramı üzrə 3 mərhələli təlim kursunu bitirib və Öyrədən statusu verilib.

2013-ci il Tarix fənn kurikulumunun tətbiqi ilə əlaqədar “Öyrədənlərin öyrədəni”  kursunu bitirib və Təlimçi statusu almışdır.

2017-ci il 20 oktyabr-02 dekabr Loqos psixoloji və nitq inkişafı mərkəzinin təşkil etdyi Uşaq psixologiyası kursunu bitirib.

2018-ci il 09 yanvar- 09 fevral Loqos psixoloji və nitq inkişafı mərkəzinin təşkil etdiyi Uşaq psixologiyası kursunu bitirib.

2019-ci il  6 aprel- “Uşaqlarda davranış pozuntularının korreksiyası və Art-terapiya” təlimi.

2019-ci il 12-19 aprel -Avropa İttifaqı,UNİSEF və “Regional inkişaf” ictimai birliyi “İnkluziv təhsil” üzrə təlim.

Əmək fəaliyyəti:

2003-2008-ci illərdə AMİ Quba filialında Pedaqoji və ictimai fənlər kafedrasında pedaqogika və psixologiya müəllimi.

2008-2009-cu illərdə AMİ Quba filalında Pedaqoji və ictimai fənlər kafedrasında baş müəllim.

2013-2018-cı illərdə ADPU Quba filialında Pedaqoji və ictimai fənlər kafedrasında saathesabı müəllim.

2018-2019-ci illərdə ADPU Quba filialında Pedaqoji və ictimai fənlər kafedrasında  0,5 ştat  müəllim.

2020-ci ildən ADPU Quba filialında Pedaqoji və ictimai fənlər kafedrasında 1 ştat müəllim.

Elmi fəaliyyəti:

Psixopedaqogika-Təlim prosesində pedaqoji-psixoloji korreksiya işinin xüsusiyyətləri.

2002-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, 1 qızı var.

 

 

 

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?