ADPU-nun Quba filialının müəllim və tələbə kollektivi forumda iştirak edib

06.05.2023
ADPU-nun Quba filialının müəllim və tələbə kollektivi forumda iştirak edib

5 may 2023-cü il tarixdə “Şahdağ Quba-Truskavets” otelində Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” mövzusunda Forum keçirilmişdir. Forumda Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, Azərbaycan Respublikası Milli Məclisinin deputatları Sabir Rüstəmxanlı, Jalə Əliyeva, Aqil Abbas, xalq yazıçısı Elmira Axundova, şair və yazıçılar, həmçinin digər qonaqlar iştirak etmişdir. Forumdan əvvəl Quba şəhərində Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkda Ümummilli Liderin abidəsi ziyarət edilmişdir.

İki gün davam edəcək Forumda həm də Azərbaycan Yazıçılar Birliyinin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə hazırladığı “Əbədi ömrün yüz ili” kitabının təqdimatı olacaqdır.

Tədbirdə həmçinin filialın direktor müavini, Kitabxana və elektron resurslar şöbəsinin müdiri, Ədəbiyyat və dillər kafedrasının müəllimləri iştirak edib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?