44 günlük Vətən müharibəsinin ildönümünə həsr olunmuş “Zəfərə gedən yol” adlı onlayn tədbir keçirilib

17.10.2021
44 günlük  Vətən müharibəsinin ildönümünə həsr olunmuş “Zəfərə gedən yol” adlı onlayn tədbir keçirilib

15 oktyabr 2021-ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin “Məktəbəqədər təhsil” fakültəsi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının, həmçinin filialın Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsinin ildönümünə həsr olunmuş “Zəfərə gedən yol” adlı onlayn tədbir keçirilmişdir.
ADPU-nun Quba filialının tələbəsi Səma Asəfovanın moderatorluğu ilə başlayan tədbirdə 44 günlük Vətən müharibəsində canlarından keçmiş şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
Daha sonra görüş-layihə barədə daha ətraflı məlumat üçün söz Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Məktəbəqədər təhsil” fakültəsinin Komitə sədri Mədinə Həsənovaya verilmişdir:
“Bugün hər birimiz müasir Azərbaycan tarixinin ən qürurlu, ən fəxarətli günlərini yaşayırıq. Xalqımızın 30 illik torpaq həsrətinə son qoyuldu. Məhz Cənab Prezident, cənab, Ali Baş Komandan İlham Əliyevin həm siyasi arenada, həmdə döyüş meydanındakı gücü, bütün bunlarla yanaşı şəhidlərimizin və qazilərimizin qəhrəmanlığı sayəsində Azərbaycan tarixi ədaləti bərpa etdi. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm.”
Daha sonra tədbirdə döyüş zamanı şəhid olmuş Aqil İsmayılovun, Aşur Cəmiyevin, Səttar Piriyevin, Miqdad Abduləlimovun, Tamerlan Əliyevin və Rəvan Əliyevin yaxınları, anaları, həyat yoldaşlatı onların doğulduğu gündən, Şəhidlik zirvəsinə ucaldığı günə qədər keçdikləri ömür yolundan, qəhrəmanlıqlarından bəhs etdilər.
Şəhid Miqdadın anası Tünzalə xanım, Şəhid Tamerlanin anası Zümrüd xanım, şəhid Səttarın anası Ofeliya xanım, şəhid Rəvanın anası Mehriban xanim qeyd etdilər ki, Şəhidlik elə bir Zirvədir ki, bugün hər birimiz o Zirvəyə həsrətlə baxırıq. Bu gün övladlarımızın bu zirvədə olması bizlər üçün həm də and və qürur yeridir.
Daha sonra onların rəşadətindən, qorxmazlığından, vətənpərvərliyindən söz açan ən dəyərliləri qeyd etmişdirlər ki, onlarla fəxr edirlər. Nə qədər ağrılı olsa da, nə qədər kökslərində o yaranı daşısalarda onların bu müqəddəs ada yiyələnmələri ürəklərinə azda olsa məlhəm olur.
Tədbirdə ayrıca 44 günlük Vətən müharibəsi iştirakçıları , həmçinin ADPU-nun Quba filialının tələbələri Elvin Seyfeddinov, Səfa Mərdaniv və qazi Ərşad Məmmədli yaşadıqları, keçdikləri yolun necə çətin bir o qədər də şərəfli olduğundan söz açmışlar. Şəhid olmuş yoldaşlarına Allahdan rəhmət diləyərək, onları böyüdən, boya-başa çatdıran analarının əllərindən öpdüklərini qeyd etdilər.
Daha sonra tədbirdə filialın Ədəbiyyat və dillər kafedrasının baş müəllimləri Eyvaz Şeydayev, Rahib Alpanlı, filialın THİK sədri Aygün Şıxbabayeva da çıxış edərək bildirdilər ki, Şəhidlər o məqamı asanlıqla əldə etməyiblər. Onların etdiklərini sözlərlə ifadə etmək demək olar ki, qeyri-mümkündür. “Onlar bu yolda canlarını qurban veriblər” ifadəsi yerden-göyə qədər doğrudur.
Şəhidlərimiz haqqında nə desək də azdır. Çünki onlar özlərindən sonraya elə igidlik salnaməsi qoyub getdilər ki, tarix onları əsla unutmayacaq. Bizlər onları əsla unutmayacağıq. Onlar unudulmazdır, əbədidir.Onların məğrurluğu əbədi məşələ çevrildi. O məşəl ki, bizi Qarabağa apardı, bizi Vətənə qaytardı.
Şəhidlər ölməz,Vətən bölünməz!!!
Bəli, şəhidlərimiz daim bizimlə birlikdə, daim qəlbimizdə yaşayacaq. Vətənimiz isə bir daha yağı düşmən tapdağı altına düşməyəcək, bölünməyəcəkdir. Çünki, bu xalq bir daha əsla onlara bu fürsəti verməyəcəkdir.Çünki bu xalq bir daha keçmiş günlərinə qayıtmayacaq.
Bundan sonra Azərbaycan əsgərinin canı, qanı, nəfəsi bahasına sancmış olduğu, yüksəltmiş olduğu Azərbaycan bayrağı bir daha enməyəcəkdir!
Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan əsgəri! Yaşasın Azərbaycan!
Sən bizimsən, bizimsən, durduqca bədəndə can,
Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!
Tədbir video-roliklə yekunlaşmışdır.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?