30 sentyabr 2023-cü il tarixdə Quba rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev İli” çərçivəsində “Əsrin müqaviləsi” tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır” mövzusunda toplantı keçirilmişdir.
Toplantıda ADPU-nun Quba filialının direktoru fizika elmləri doktoru dosent Yusif Alıyev, filialın Tarix, pedaqogika və sosial elmlər kafedrasının müəllimi Elza Orucova da çıxış etmişdir.
Quba rayon Heydər Əliyev Mərkəzində keçirilən toplantıda Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tariyel İbrahimov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Quba Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri, şəhid ailələri və qazilər, təhsil və mədəniyyət işçiləri, gənclər və könüllülər iştirak etmişdir.