Yüksək təhsilin əlçatan ünvanı, ADPU-nun Quba filialı

13.07.2022
Yüksək təhsilin əlçatan ünvanı, ADPU-nun Quba filialı
ADPU-nun Quba filialı regionda ali təhsilin mümkün olan bütün imkanlarını yüksək səviyyədə dəyərləndirərək ölkəmizin təhsil siyasətini uğurla icra edir. Bunu biz deyil, uğurlu nəticələrimizin statistikası da deyir. Təbii ki, bütün ixtisaslar üzrə (10 ixtisas) yüksək nəticələr əldə etmək filialımızın əsas hədəflərindən birinə çevrilib. Lakin riyaziyyat ixtisası üzrə kadr yetişdirilməsində əldə etdiyimiz nəticələr daha nəzərəçarpandır. Belə ki, son 3 ilin statistikasına baxsaq görərik ki, Quba filialına qəbul olan tələbələrin ən yüksək qəbul nəticəsi də bu ixtisas üzrə olmuşdur. Maksimum keçid balları 550-600 bal, minimum keçid balları isə 350-400 bal arasinda olmuşdur. 2021/2022-ci tədris ilinin qəbul planında Quba filialı üçün Riyaziyyat və informatika müəllimliyi ixtisası üzrə 30 tələbə sifariş edilmişdir. Nəticə olduqca ürəkaçan olmuşdur. 30 tələbədən 21 nəfər (70%) dövlət sifarişi ilə təhsil hüququ qazanmışdır. Bu il Riyaziyyat və informatika müəllimliyi ixtisasının 704-cü qrupdan məzun olan 26 tələbədən 3 nəfər fərqlənmə diplomu alımış, 6 məzun isə yüksək ballarla reytinqli universitetlərin magistratura ixtisaslarına daxil olmuşlar. Əziz dostlar, gəlin ADPU-nun Quba filialının magistartura pilləsinə qəbul olan tələbələrin nəticələrinə diqqət yetirək.
176 məzundan 16 nəfər tələbəmiz magistratura səviyyəsinə daxil olan tələbələr siyahısında yer alıb. Onlardan 6 nəfər riyaziyyat informatika müəllimliyi, 5 nəfər tarix-coğrafiya müəllimliyi, 3 nəfər Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, 2 nəfər isə Təhsildə sosial-psixoloji xidmət ixtisaslarının məzunlarıdır.
Göründüyü kimi tarix-coğrafiya müəllimliyi ixtisasının da nəticələri mükəmməldir.
Statistik təhlillərə əsasən
“Odlar yurdu” Unversiteti – 3 nəfər
Xəzər Universiteti – 2 nəfər
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) – 2 nəfər
Bakı Dövlət Universiteti (BDU) – 1 nəfər
Bakı Slavyan Universiteti – 1 nəfər
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) – 1 nəfər
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) – 1 nəfər
Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) – 1 nəfər
Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti (ADMİU) – 1 nəfər
Lənkaran Dövlət Universiteti – 1 nəfər
Azərbaycan Universiteti – 1 nəfər
Bakı Qızlar Universiteti – 1 nəfər
tələbə bu universitetləri seçmişlər.
Biz bu uğurları ADPU Quba filialı kollektivin böyük əməyinin sayəsində əldə etdik.
Əziz abituriyentlər və dəyərli valideynlər ADPU-nun Quba filialında sizin yolunuzu gözləyirik.
320 tələbə qəbulu yerimiz seçimdə bizi seçmiş ən layiqli tələbələrin yeridir.
Bizi seçin ki, seçilmiş olasız.
Tezliklə ADPU-nun Quba filialında magistratura pilləsi üzrə də təhsil verəcəyimizə iddialıyıq.
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?