Yeni Azərbaycan Partiyasının ərazi partiya təşkilatında VIII Qurultayın yekunlarına həsr olunmuş müşavirə keçirilib.

12.10.2026
Yeni Azərbaycan Partiyasının ərazi partiya təşkilatında VIII Qurultayın yekunlarına həsr olunmuş müşavirə keçirilib.

Tədbirdə əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan ADPU-nun Quba filialının direktoru, professor Yusif Alıyev iştirakçıları salamlayaraq müşavirənin əhəmiyyətindən danışıb. Bildirib ki, Yeni Azərbaycan Partiyası ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayan siyasi qüvvə kimi qarşıya qoyulan məqsədlərin həyata keçirilməsində fəal iştirak edir. VIII Qurultayda qəbul edilən qərarların və müəyyənləşdirilən yeni hədəflərin partiyanın gələcək fəaliyyətində mühüm əhəmiyyət daşıdığını qeyd edib.

Çıxış edən YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova VIII Qurultayın ölkənin ictimai-siyasi həyatında mühüm hadisə olduğunu vurğulayıb. O, qurultayda Prezident, YAP Sədri cənab İlham Əliyevin çıxışında Azərbaycanın qarşısında duran əsas vəzifələrə, ölkəmizin əldə etdiyi nailiyyətlərə və gələcək inkişaf perspektivlərinə geniş yer verildiyini diqqətə çatdırıb. Fidan Hüseynova bildirib ki, YAP-ın qarşıdakı dövr üçün müəyyənləşdirdiyi əsas istiqamətlər sırasında ölkənin davamlı inkişafının təmin edilməsi, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, milli həmrəyliyin daha da gücləndirilməsi və qarşıya qoyulan hədəflərin uğurla həyata keçirilməsi mühüm yer tutur. O, partiya üzvlərinin bu prosesdə üzərlərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirmələrinin vacibliyini qeyd edib.

Daha sonra YAP-ın VIII Qurultayının nümayəndəsi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının baş müəllimi, Əməkdar mədəniyyət işçisi Elza Orucova çıxış edərək qurultayın işindən və qəbul olunan qərarlardan danışıb. O, qurultayda müzakirə olunan məsələlərin, irəli sürülən təklif və təşəbbüslərin partiyanın gələcək fəaliyyətinin əsas istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli olduğunu bildirib.

Çıxışlarda YAP-ın ölkənin inkişafında, ictimai-siyasi sabitliyin və milli həmrəyliyin möhkəmləndirilməsində mühüm rol oynadığı vurğulanıb, VIII Qurultayda qarşıya qoyulan vəzifələrin bundan sonra da ardıcıl şəkildə həyata keçirilməsinin vacibliyi qeyd olunub.

Daha sonra ADPU-nun Quba filialının “Məktəbəqədər təhsil” ixtisasının II tədris ili tələbələri çıxış edərək YAP-ın VIII Qurultayının əhəmiyyətindən danışıblar. Onlar qurultayda müəyyənləşdirilən yeni hədəflərin ölkəmizin gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib, gənclərin dövlətçilik ənənələrinin qorunmasında və cəmiyyətin inkişafında fəal iştirakının vacibliyini vurğulayıblar.

Sonda tədbir iştirakçılarını maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?