AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİNİN QUBA FİLİALINDA “YAŞIL ENERJİ İSTEHSALINDA PROBLEMLƏR VƏ PERSPEKTİVLƏR” MÖVZUSUNDA SEMİNAR-MƏRUZƏ KEÇİRİLİB
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında Almaniyada fəaliyyət göstərən Bakı-Nürnberq Mədəniyyət və Təhsil Mərkəzinin, Almaniya Azərbaycanlılarının Koordinasiya Şurasının İdarə Heyətinin sədri, “Şeffler” şirkətinin senior vitse-prezidenti, “Siemens Energy” şirkətində yaşıl texnologiyalar üzrə bölmə müdiri, texnika elmləri doktoru, professor Yaşar Musayev ilə görüş keçirilib.
Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və möhtəşəm COP-29 tədbiri ilə əlaqədar “Yaşıl enerji istehsalında problemlər və perspektivlər” mövzusunda seminar-məruzə xarakteri ilə keçirilən bu görüşdə ADPU-nun Quba filialının rəhbərliyi, professor-müəllim heyəti, tələbələr, yerli ictimaiyyətin təmsilçiləri, o cümlədən şəhid ailələrinin nümayəndələri və qazilər iştirak ediblər.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda edən qəhrəman övladlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.