“YAŞAT” yay məktəbi başlayıb.

22.07.2026
“YAŞAT” yay məktəbi başlayıb.

“YAŞAT” Fondunun təşkilatçılığı, bp-nin sponsorluğu, Azərbaycan Hava Yollarının tərəfdaşlığı ilə Birləşmiş Krallığın paytaxtı Londonda dördüncü “YAŞAT” yay məktəbi başlayıb.

19 iyul-2 avqust tarixini əhatə edən yay məktəbi London Universitet Kollecində (University College London – UCL) keçirilir.

Yay məktəbinin iştirakçıları ölkəmizdə 9-cu sinif üzrə buraxılış imtahanında ən uğurlu nəticə əldə etmiş 10 şəhid övladını əhatə edir.

İştirakçılar arasında şəhid kapitan Aqil Məlikovun və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının akademik məsləhətçisi Günel Məlikovanın qızları Xədicə Məlikli də yer alır.

Şəhid kapitan Aqil Məlikovun əziz xatirəsini ehtiramla yad edir, övladı dəyərlimiz Xədicə Məliklini bu böyük uğur münasibətilə ürəkdən təbrik edir, ona gələcək təhsilində yeni yeni uğurlar arzu edirik!

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?