Azərbaycan Dövlət Pedaqoji Universiteti
Quba Filialı

V Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumu

ADPU-nun Quba Filialının müəllimi V Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumunda iştirak edib.

11-13 oktyabr tarixlərində Qazaxıstan Respublikasının Almatı şəhərində V Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumu keçirilib. Simpozium Qazax  Dövlə  Qızlar Pedaqoji Universitetinin, Niğde Ömər Halisdəmir Universitetinin  ( Niğdə, Türkiyə), M.Akmulla Başqırdıstan  Dövlət Universitetinin ( Ufa, Rusiya ) və Bakı Avrasiya Universitetinin ( Bakı, Azərbaycan ) birgə təşkilatçılığı ilə baş tutub.  

Simpozium türk dünyasını maraqlandıran  dil, ədəbiyyat, tarix, informasiya texnologiyaları, din, fəlsəfə, gender problemi və digər elmlər sahəsində aktual  məsələlərin müzakirə edilməsi və gələcəkdə türk dünyasında keçiriləcək  müştərək layihələrə zəmin hazırlanması kimi müxtəlif istiqamətdə işlərin aparılması məqsədi daşıyıb.

Simpoziumda Azərbaycan Dövlət Pedaqoji Universitetinin ( ADPU) Quba Filialının “ Ədəbiyyat və dillər “ kafedrasının müəllimi Sərxan   Cəfərov da  “Təhsil sistemində beynəlxalq və milli yanaşmalar ” mövzusunda məqalə ilə iştirak edərək , sertifikat əldə edib.

  • Mənbə: ADPU Quba filialı

  • Cümə, 13 Oktyabr 2018


  • Müəllif: Yusif Abayev


Oxşar xəbərlər

ADPU Quba Filialında "Açıq qapı" günü keçirilib.

Çərşəmbə axşamı, 21 Yanvar 2020

ADPU-nun Quba Filialında Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918-2018) münasibətilə tədbir keçirilib

Cümə, 16 Noyabr 2018

Quba rayonunda "Yurdum Azərbaycanım" adlı intelektual oyun təşkil olunub.

Bazar ertəsi, 18 Noyabr 2019