Azərbaycan Dövlət Pedaqoji Universiteti
Quba Filialı

Universitet-kollec-litsey klasteri

ADPU-nun Quba filialında universitet-kollec-litsey klasterinin yaradılması ilə bağlı görüş keçirilib.

      Sentyabrın 25-də Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsinin 3.1.4 bəndində nəzərdə tutulan ali təhsil müəssisələrində “təhsil-tədqiqat-innovasiya” formatında inkişafın təşviqi məqsədilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında ADPU-nun Quba filiaının direktoru dosent Yusif Alıyevin təşkilatçılığı ilə Quba Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Laçın Səfərəliyev,Quba Tibb Kollecinin direktoru Mikayıl Mirzəliyev və Fizika, riyaziyyat və informatika təmayüllü litseyin direktoru Kamran Əliyevlə görüş keçirilib.

        Görüşdə təhsilin insan kapitalının formalaşmasında mühüm əhəmiyyətindən, regionda fəaliyyət göstərən universitet, kollec, litsey klasterlərinin yaradılması baxımından “təhsil–tədqiqat–innovasiya” zəncirinin qurulmasının effektivliyinin artırılmasından bəhz edilib. Həmçinin Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasında qeyd edilən yüksək təhsil səviyyəsinə malik peşəkar kadrların hazılanmasında təhsilin sosial-iqtisadi rolunun önəmindən danışılıb.

        Dosent Y.Alıyev qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin birbaşa iştirakı ilə hazırlanan və icrasına şəxsən nəzarət etdiyi iqtisadiyyatın 11 sektoru üzrə strateji yol xəritələrində ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi və təmayülləşmənin inkişaf etdirilməsi baxımından belə görüşlərin təşkil olunması olduqca vacibdir. Artıq təhsil müəssisələrinin maddi-texniki bazaları yaxşılaşdığından tədrisin keyfiyyətinin yüksəldilməsi, dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirilməsi baxımından universitet-kollec-litsey üçbucağının qurulması işinə start verməliyik. Buna görə də orta məktəblər üçün pedaqoji kadrlar hazırlayan ali təhsil müəssisələrinin üzərinə böyük məsuliyyət düşür. Bunun üçün regionda yeganə ali təhsil müəssisəsi olan ADPU-nun Quba filialı regionun bütün tədris müəssisələri ilə qarşılıqlı formada fəaliyyət göstərməkdə çox maraqlıdır. Həmçinin dosent Y.Alıyev qeyd edib ki, rayon səviyyəsində də təhsilə xüsusi diqqət və qayğı göstərilir. Quba rayon İcra Hakimiyyətinin (RİH) başçısı cənab Ziyaddın Əliyev dəfələrlə öz çıxışlarında ölkənin təhsil strategiyasının tələblərinə uyğun olaraq tədris müəssisələrinə maksimum formada dəstək göstərdiklərini bidirib. Ona görə biz də dövlətin göstərdiyi bu diqqət və qayğıya söykənərək daha çox işlər görməliyik. Bunun üçün universitet-kollec-lisey klasterinin daha da möhkəmləndirilməsi məqsədilə, həmçinin müəllimlərin tədris etdikləri fənlərə müsair tələblər əsasında yanaşmalar baxımından birgə təşkil olunacaq konfrans, seminar, simpoziumların keçirilməsi çox vacibdir.

        Sonra Quba Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Laçın Səfərəliyev, Quba Tibb Kollecinin direktoru Mikayıl Mirzəliyev və Fizika, riyaziyyat və informatika təmayüllü litseyin direktoru Kamran Əliyev təklif olunan ideyaların olduqca maraqlı və gərəkli olduqlarını qeyd edərək, universitet-kollec-lisey üçbucağının qurulması baxımından birgə fəaliyyətlərin göstərilməsinin vacib olduğunu qeyd ediblər. Müzakirələrin sonunda o da qeyd olunub ki, Azərbaycan təhsil sisteminin sürətlə dünya təhsil sisteminə inteqrasiya etdirilməsi fonunda region təhsilinin səviyyəsinin qaldırılması üçün respublika və beynəlxalq çıxış imkanlarını genişləndirmək lazımdır.

         Görüşdə həmçinin ADPU-nun Quba filialının Tərbiyə işləri üzrə direktor müavini Aysel Şeydayeva və "Təbiət fənləri və onun tədrisi metodikası" kafedrasının baş müəllimi Elbrus Əhmədov da iştirak edib.

  • Mənbə: ADPU Quba filialı

  • Çərşəmbə, 25 Sentyabr 2019


  • Müəllif: Yusif Abayev


Oxşar xəbərlər

ADPU-nun Quba Filialında Quba RİH Başçısı və Macarıstanın Azərbaycandakı Səfiri ilə görüş keçirilib.

Çərşəmbə, 21 Noyabr 2018

Nəsimi 650 il

Bazar, Dekabr