Azərbaycan Dövlət Pedaqoji Universiteti
Quba Filialı

Ümummilli lider Heydər Əliyevin anım günün qeyd olundu.

ADPU-nun Quba Filialında ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş silsilə tədbirlər keçirilib.

Dekabrın 4-də filialın Tələbə Gənclər Təşklatının (TGT) sədri Həcər Seyidəhmədova başda olmaqla Quba şəhərində yerləşən Heydər Əliyev Mərkəzinə ziyarət təşkil olunub və burada ulu öndər Heydər Əliyevin həyat və siyasi fəaliyyəti haqqında tələbə-gənclərə ətraflı məlumat verilib.

Dekabrın 10-da  Quba Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə ADPU-nun Quba Filialının bir qrup fəal tələbələri Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin məzarını ziyarət edərək,  xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.

           Dekabrın 11-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba Filialında ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə filialın rəhbərliyi, professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

           Dekabrın 12-də  filialın rəhbərliyi başda olmaqla, professor-müəllim heyəti və tələbələri Quba Rayon İcra Hakimiyyətinin və rayon ictimaiyyətinin nümayəndələri ilə birlikdə Quba Rayon Heydər Əliyev Mərkəzində  yerləşən ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə əklil və gül dəstələri qoyaraq Ulu Öndərə məhəbbət və ehtiramlarını ifadə ediblər.

  • Mənbə: ADPU Quba filialı

  • Cümə axşamı, 13 Dekabr 2018


  • Müəllif: Yusif Abayev


Oxşar xəbərlər

Quba RTŞ-nin əməkdaşları ADPU-nun Quba Filialında tələbələr ilə görüş keçirib.

Çərşəmbə, 22 May 2019

ADPU-nun Quba Filialının əməkdaşları “Dövlət İmtahan Mərkəzinin fəaliyyəti: adlı konfransda iştirak edib.

Şəmbə, 17 Noyabr 2018

“Özünü müdafiə etməyi bacar, insan alverinin qurbanı olma!”

Bazar ertəsi, 29 Aprel 2019