Azərbaycan Dövlət Pedaqoji Universiteti
Quba Filialı

Rektor professor Cəfər Cəfərov Quba filialın kollektivi ilə görüşüb

Oktyabrın 12-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru professor Cəfər Cəfərov Qubaya səfəri çərçivəsində ADPU-nun Quba filialının kollektivi ilə görüşüb.

ADPU-nun Quba filialının ictimaiyyətlə əlaqələr bölməsindən verilən məlumata görə görüşdə çıxış edən filialın direktoru dosent Yusif Alıyev rektor Cəfər Cəfərovu kollektiv adından salamlayıb, onun Azərbaycan Dövlət Pedaqoji Universitetinə və universitetin filiallarına, ümumiyyətlə təhsilimizin inkişafına göstərdiyi diqqət və qayğıya görə öz təşəkkürünü bildirib. Qeyd edib ki, filialın bütün kollektivinin gücünü, potensialını Azərbaycan təhsilinin inkişafı üçün səfərbər edərək bölgədə təhsilin, elmin inkişafına nail olunacaq.

 

Daha sonra rektor professor Cəfər Cəfərov filialın kollektivini salamlayaraq ölkə təhsilinin qarşısında duran böyük işlərdən, Azərbaycan təhsilinin dünya təhsilinə inteqrasiyasından danışaraq dövrün təhsil trendlərinin tələblərindən danışdı. Sonra filialda həyata keçiriləcək yeni layihələrlə bağlı filialın kollektivinə və filialın direktoru dosent Yusif Alıyevə uğurlar arzulayaraq, kollektivi bütün işlərdə inkişaf naminə sıx birləşməyə çağırıb.

Daha sonra filialın Tərbiyə işləri üzrə direktor müavini Aysel Şeydayeva, Pedaqoji və ictimai fənlər kafedrasının müdiri tarix üzrə fəlsəfə doktoru Elnur Nəsirov, Pedaqoji fakültənin dekan müavini Nübar Bayramova çıxış edərək təhsilimizə, filiallara, gənc alimlərə, tələbələrə Azərbaycan Dövlət Pedaqoji Universiteti rəhbərliyi tərəfindən göstərilən diqqət və qayğıya görə öz təşəkkürlərini bildirərək, filiala yeni təyin olunan direktor dosent Yusif Alıyevin fəaliyyətinin, innovativ ideyalara açıq olmasının və idarəetməsinin kollektiv tərəfindən alqışlandığını diqqətə çatdırıblar.

Sonra rektor Quba filialının inzibati binasıda tədris otaqlarını, yeni istifadəyə verilmiş Kompyuter sinifini, idman və konfrans zallarını gəzərək öz ideya, təklif, tapşırıq və tövsiyələrini bildirmişdir.

Sonda filial kollektivi rektorla birgə xatirə şəkilləri çəkdirmişlər.

  • Mənbə: ADPU Quba filialı

  • Şəmbə, 12 Oktyabr 2019


  • Müəllif: Mətbuat xidməti


Oxşar xəbərlər

Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinə həsr olunan bilik yarışması keçirilib.

Cümə, 7 Dekabr 2019

ADPU-nun Quba Filialının direktoru dosent Yusif Alıyev beynəlxalq konfransda onlayn məruzə edib.

Şəmbə, 2 Noyabr 2019

ADPU-nun Quba Filialının bir qrup əməkdaşı “Yeni Azərbaycan Partiyası-26 il” adlı tədbirdə iştirak edib.

Çərşəmbə axşamı, 20 Noyabr 2018