Azərbaycan Dövlət Pedaqoji Universiteti
Quba Filialı

Qubada Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü ilə əlaqədar tədbir keçirilib

Noyabrın 21-də Quba rayon Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasınln yaradılmasının 27-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

     Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin (RİH) başçısı cənab Ziyəddin Əliyev, YAP Quba rayon təşkilatının sədri Yusif Abidov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, idarə-müəssisə, struktur rəhbərləri,və həmçinin ADPU-nun Quba filialının direktoru dosent Yusif Alıyev də iştirak edib.Tədbirdən əvvəl ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, xatirəsi yad edilib.Tədbirdə Quba RİH başçısı cənab Ziyəddin Əliyev, YAP Quba rayon təşkilatınln sədri Yusif Abidov, YAP Quba təşkilatı Qadınlar Şurasınln sədri Aysel Şeydayeva, YAP Quba rayon təşkilatı GB sədri Əhməd Bəkirli çıxış edib, əlamətdar gün münasibəti ilə bütün Azərbaycan xalqını təbrik ediblər.Bildiriblər ki, sıraları hər gün genişlənən YAP sözün həqiqi mənasında dünənin, bu günün, gələcəyin partiyasıdır.Daha sonra partiyanın fəal üzvlərinə Fəxri fərmanlar təqdim olunub.Bu sırada filialın əmıkdaşı, YAP Quba rayon təşkilatı üzrə filialın ilk partiya təşkilatı sədri Zaur Muradov da olub.Sonda bir qrup gəncə partiya sıralarına qəbul olmaları ilə əlaqədar YAP üzvlük biletləri təqdim olunub.

  • Mənbə: ADPU Quba filialın ictimaiyyətlə əlaqələr şöbəsi

  • Cümə axşamı, 21 Noyabr 2019


  • Müəllif: Yusif Abayev


Oxşar xəbərlər

"Paylaşmaq gözəldir -5” layihəsi

Cümə, 30 Noyabr 20108

Azərbaycanın ərazi bütövlüyü, dövlət müstəqilliyi uğrunda canlarından keçən şəhidlərimizi yad etmək məqsədilə "Şəhidim" yürüşü təşkil olunub.

Bazar ertəsi, 2 Dekabr 2019

ADPU-nun Quba Filialında “Hərəyə bir kitab” alı tədbir keçirilib

Cümə axşamı, 26 Sentyabr 2019