Azərbaycan Dövlət Pedaqoji Universiteti
Quba Filialı

Qubada "Turizm işçiləri günü" peşə bayramı münasibəti ilə tədbir keçirilib.

Qubada "Turizm işçiləri günü" peşə bayramı qeyd olunub Sentyabrın 27-də Quba rayonunda Ümumdünya Turizm Günü və Azərbaycanda "Turizm işçiləri günü" peşə bayramı münasibəti ilə tədbir keçirilib.

Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin (RİH) başçısı cənab Ziyəddin Əliyev, turizm sahəsi ilə əlaqəli olan 200-ə yaxın dövlət və özəl sektorun nümayəndələri iştirak ediblər.Tədbirdə həmçinin Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba Filialının direktoru dosent Yusif Alıyev də iştirak edib.

Tədbirdə çıxış edən Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev Quba rayonunun böyük turizm imkanlarına sahib olduğunu, son illlər rayonun yerli və əcnəbi turistlərin ən çox üz tutduğu regionlardan birinə çevrildiyini vurğulayıb. Artıq turizmin rayonda prioritet sahələrdən biri olduğunu deyən Başçı dövlət tərəfindən bu sahəyə xüsusi diqqət yetirildiyini bildirib.

Daha sonra çıxış edən Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov regionun turizm potensialını tanıtmaq üçün bu il agentlik tərəfindən Quba Destinasiya Menecmenti Təşkilatının yaradıldığını qeyd edib. O, regionda turizmin davamlı inkişaf etdirilməsi üçün müxtəlif formatlı festivalların, silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırıb.

  • Mənbə: ADPU Quba filialı

  • Cümə, 27 Sentyabr 2019


  • Müəllif: Yusif Abayev


Oxşar xəbərlər

ADPU-nun Quba Filialında “Nəsimi-650 il” adlı tədbir keçirilib

Cümə axşamı, 30 May 2019

ADPU-nun Quba Filialında “Məzun Günü ” keçirilib.

Cümə, 24 May 2019

ADPU-nun Quba Filialının dosenti Məhəmməd Nurməmmədov beynəlxal konfransda iştirak edib

Şəmbə, 8 Sentyabr 2018