Azərbaycan Dövlət Pedaqoji Universiteti
Quba Filialı

Quba şəhərində "Turizmdə sahibkarlıq fəaliyyəti" istiqamətli təlimlər keçirilib.

ADPU -nun Quba Filialının əməkdaşları "Turizmdə sahibkarlıq fəaliyyəti" istiqamətli təlimlərində iştirak edib

24-29 oktyabr tarixlərində "Qadınların İşgüzar İnkişaf Platforması" çərçivəsində Quba şəhərində "Turizmdə sahibkarlıq fəaliyyəti" istiqamətli təlimlər keçirilib. “ASAN Könüllüləri” Təşkilatı və “Coca-Cola” Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilən “ASAN İnkişaf Modeli - Qadınlar üçün AIM – W” (ASAN Improvement Model for Women) çərçivəsində Qubada işgüzar inkişaf təlimlərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının 100-ə yaxın tələbə və əməkdaşı da iştirak edib. Bağlanış mərasimində iştirak edən Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Könüllülərlə iş sektorunun müdiri Sahil Məmmədli Qubada təşkil edilən təlimin uğurla başa çatdığını qeyd edib və vurğulayıb ki, “Quba təlimlərində formalaşmış ideyalar gördük. Təlimdə iştirak edən qadınların çox tezliklə ideyalarını biznes plan halına gətirəcəyinə və tətbiqinə başlayacağına inanıram. Quba qadın sahibkarlarının aktivliyi ilə fərqlənən rayonlardan birinə çevriləcək”. Layihədə təlimçi qismində yerli mütəxəssislərlə yanaşı, beynəlxalq təlimçilər İşıl Keskin Şahan və Soner Şahan da iştirak ediblər. Layihəyə dəvət olunan beynəlxalq təlimçi Soner Şahan layihə barədə təəssüratlarını bölüşərək bildirib ki, “Təlimlər boyunca qadınlara sahibkarlıq ideyalarını inkişaf etdirmək və həyata keçirə bilmək üçün lazımi bilik və təcrübəni ötürdük. Onların ideyalarını turizm sahəsinə tətbiq edib real iş həyatına başlamaları üçün istiqamətləndirdik. Bundan sonra da onlara mentor dəstəyi göstəriləcək. Təlimdə iştirak edən hər bir qadının uğurlu iş ortaya qoyacağına inanırıq.

 Təlimlərin sonunda iştirakçılara sertifikatlar təqdim olunub

  • Mənbə: ADPU Quba filialın ictimaiyyətlə əlaqələr şöbəsi

  • Çərşəmbə axşamı, 29 Oktyabr 2019


  • Müəllif: Yusif Abayev


Oxşar xəbərlər

ADPU-nun Quba Filialında futbol yarışları keçirilib.

Bazar ertəsi, May

ADPU-nun Quba Filialının müəllimi Beynəlxalq Simpoziumda iştirak edib

Cümə axşamı, 22 Noyabr 2018

ADPU-nun Quba Filialında İnnovativ tədris auditoriyasının açılışı olub.

Cümə, 11 Oktyabr 2019