Azərbaycan Dövlət Pedaqoji Universiteti
Quba Filialı

Quba rayonunda "Yurdum Azərbaycanım" adlı intelektual oyun təşkil olunub.

ADPU-nun Quba Filialənın tələbələri "Yurdum Azərbaycanım"adlı layihənin final turunda iştirak edib.

    "Yurd" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Gənclər Fondunun dəstəyi ilə şimal zonasının bütün rayonlarını əhatə edən gənclər arasında vətənpərvərliyin və azərbaycançılığın intellektual oyunlar vasitəsilə təbliği məqsədilə "Yurdum Azərbaycanım" adlı intellekt marafonu layihəsini həyata keçirib. Layihə çərçivəsində son final oyunları Quba rayonunda keçirilib. Finalda Siyəzən, Xaçmaz, Qusar, Şabran və Quba rayonlarından olan 15 komanda qələbə uğrunda mübarizə aparıb. Layihənin icrasında ADPU Quba filialının tələbələri də fəal iştirak ediblər. Yurd Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin üzvü olan və layihənin təşkilat komitəsinin üzvü olan tələbələrimizdən Ləman Osmanova, Sevda Yaqubova, Aygün Mustafayeva, Elxan Əskərov, Ayşən Salahova, Mədinə Xəlilova, Günel Sadıqova, Rəmziyyə Abdurrəhmanova, Gülsüm Bayramzadə, Həyatə Nurkişiyeva və Elvin Şükürov uğurlu könüllü fəaliyyətlərinə görə təşkilatın sədri, ADPU-nun Quba filialının Pedaqoji və ictimai fənlər kafedrasının müəllimi Ramin Mahmudov tərəfındən Könüllülük sertifikatları ilə mükafatlandırılıblar. Tələbələrimizi bu uğurlu fəaliyyətlərinə görə təbrik edir, gələcəkdə də ictimai fəaliyyətlərində uğur arzulayır və "Yurd" təşkilatına da onları ictimai aktivliyə cəlb etdiyinə görə təşəkkür edirik.

  • Mənbə: ADPU Quba filialın ictimaiyyətlə əlaqələr şöbəsi

  • Bazar ertəsi, 18 Noyabr 2019


  • Müəllif: Yusif Abayev


Oxşar xəbərlər

ADPU-nun Quba Filialında Milli Qəhrəman Çingiz Qurbanovla bağlı "Şəhidlər ölməz, Vətən bölünməz !" adlı tədbir keçirilib.

Bazar ertəsi, 25 Noyabr 2019

ADPU-nun Quba Filialında dahi Azərbaycan şairi Səməd Vurğun yaradıcılığına həsr edilən "Sevgi aləmində" adlı tədbir keçirilib.

Cümə, 27 Noyabr 2019

ADPU-nun Quba Filialının direktoru dosent Yusif Alıyev beynəlxalq konfransda onlayn məruzə edib.

Şəmbə, 2 Noyabr 2019