Azərbaycan Dövlət Pedaqoji Universiteti
Quba Filialı

Quba rayonunda "Könüllülük Həftəsi" çərçivəsində "Təbiətimiz" adlı sosial aksiyada keçirilib.

"Təbiətimiz" adlı sosial aksiyada ADPU-nun Quba Filialının kollektivi də iştirak edib.

  1-9 dekabr tarixlərində Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və      Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə baş tutan “Könüllülük Həftəsi” çərçivəsində Quba rayonunda keçirilən ətraf mühitin sağlamlaşdırılması, çay sahillərinin, tarixi və turizm məkanlarının tullantılardan təmizlənməsi məqsədilə “Təbiətimiz” sosial aksiyası keçirilib.Aksiya çərçivəsində ADPU-nun Quba filialının tələbə və müəllimləri də iştirak edib.Aksiyada filialın fəal tələbələri ilə yanaşı filialın Pedaqoji və ictimai fənlər kafedrasınln müəllimi, YURD Gənclərin İntellektual İnkişafına Dəstək İB sədri Ramin Mahmudov əməkdaşları Zaur Muradov, Nəhayət Şirinova, Pedaqoji və ictimai fənlər kafedraslnln baş müəllimi Kamil Adıgözəlov da olub.

  • Mənbə: ADPU Quba filialın ictimaiyyətlə əlaqələr şöbəsi

  • Çərşəmbə, 4 Dekabr 2019


  • Müəllif: Yusif Abayev


Oxşar xəbərlər

İsmayıl Şıxlının 100 illik yubileyi qeyd olunub

Bazar ertəsi, 9 Dekabr 2019

ADPU-nun Quba Filialında tələbələrlə görüş keçirildi.

Bazar ertəsi, 24 Sentyabr 2018

Payız imtahanlarının keçirilmə vaxtları. 2018-2019 cu tədris ili üçün.

Çərşəmbə axşamı, 8 Yanvar 2019