Azərbaycan Dövlət Pedaqoji Universiteti
Quba Filialı

İctimai Şura ADPU-nun Quba Filialında imtahan sessiyasını müşahidə edib

Yanvarın 28-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba Filialının İctimai Şurasının üzvləri imtahan sessiyasını müşahidə ediblər.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba  Filialında hazırda 6 ixtisas üzrə 784 tələbə payız imtahan sessiyasına buraxılmışdır. Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba  Filialında  hər zaman olduğu kimi imtahan sessiyasının başlanması ilə əlaqədar  daxili əmrlər verilmiş  və imtahan sessiyasının keçirilməsində Təhsil  Nazirliyinin qüvvədə olan Əsasnamələri, təlimatları, əmr və göstərişləri nəzərə alınmışdır.     Görülən işlərdən biri də  imtahanlarda ictimai nəzarətin təmin olunması məqsədi ilə filialda İctimai Şura yaradılmasıdır.

İctimai Şura üzvləri ilə görüşdə filialın direktoru professor Əli Allahverdiyev qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi vəzifələrdən biri də ictimai nəzarətin həyata keçirilməsinə şərait yaradılmasıdır. Təhsil naziri Ceyhun Bayramovun imtahan sessiyasının təşkili və keçirilməsi barədə imzaladığı müvafiq əmrdə imtahan sessiyasında şəffaflığın təmin olunması üçün imtahanlarda ictimayyət nümayəndələrinin və valideynlərin iştirakına şərait yaradılması qeyd edilmişdir.  Bu məqsədlə filialda imtahan müddətində valideynlər üçün “Açıq qapı” elan edilir, bu da valideynlərdə  imtahanların gedişi barədə dolğun təsəvvür yaradılmasına xidmət edir.  Arzu edən valideynlər imtahanın gedişatında imtahan otaqlarında  iştirak edirlər. Sonradan isə imtahan haqqında  öz fikirlərini filialın “Rəy və təkliflər” kitabına qeyd edirlər

Bundan əlavə  filialda  tədris və imtahan prosesində ictimai nəzarətin təmin olunmasına xüsusi önəm verilir. Bu məqsədlə təşkil olunan İctimai Şura üzvləri: Quba 5 saylı regional “Mətbuat yayımı” idarəsinin rəisi, şair Ramiz Həmzəyev (Qusarçaylı), Quba Rayon İcra Hakimiyyətinin (RİH)  aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Tarıyel İbrahimov, “Şəfəq” qəzetinin baş redaktoru Qəhrəman Qasımov,  Quba Rayon Təhsil Şöbəsinin (RTŞ) müdiri Rüfət Hacıyev, Quba şəhər Azad Məmmədov adına 2 saylı tam orta məktəbin direktoru Eynulla Camalov,  Bəşir Səfəroğlu adına Quba Rayon Mədəniyyət Mərkəzinin direktoru, İctimai Televiziyanın bölgə müxbiri Ramiz Ramazanlı, ARB Şimal Televiziyasının “Layihələr Departamenti”nin  redaktoru Coşğun Beydullayev  auditoriyalarda keçirilən imtahan prosesini izləyib, gənclərimizin, savadlı kadr hazırlığının əmin əllərdə olmasının bir daha canlı şahidi olublar. Bu haqda öz fikir və təkliflərini, məmnunluqlarını filialın rəhbərliyinə bildiriblər. İctimai Şura üzvləri tələbələrlə də söhbət aparıb, imtahanların gedişatı haqqında onların fikirlərini öyrənib, bu zaman tələbələrə öz biliklərini nümayiş etdirmək üçün yaradılan şəraitdən məmnunluq duyduqlarının  şahidi olublar.

 Ümumilikdə İctimai Şuranın üzvləri imtahan sessiyasının mütəşəkkil, obyektiv və şəffaf keçirilməsində  filial rəhbərliyinin göstərişlərinə tam  əməl olunmasını və filialda  görülən işləri yüksək qiymətləndirib

  • Mənbə: ADPU Quba filialı

  • Çərşəmbə axşamı, 28 Yanvar 2019


  • Müəllif: Yusif Abayev


Oxşar xəbərlər

ADPU-nun Quba Filialında 15 Sentyabr Bilik Günü

Çərşəmbə axşamı, 15 Sentyabr 2018

ADPU-nun Quba Filialında görüş keçirilib.

Cümə, 23 Noyabr 2018

ADPU-nun Quba Filialında pedaqoji təcrübəyə dair yekun konfrans keçirildi

Cümə, 24 May 2019