Azərbaycan Dövlət Pedaqoji Universiteti
Quba Filialı

Fevralın 18-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba Filialında konfrans keçirilib

ADPU-nun Quba Filialında pedaqoji təcrübənin başlanmasına həsr olunmuş konfrans keçirilib

Fevralın 18-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba Filialında “Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, “Tarix coğrafiya müəllimliyi”, “İbtidai sinif müəllimliyi”, “Riyaziyyat və informatika müəllimliyi”, “Təhsildə sosial və psixoloji xidmət”, “Məktəbəqədər təlim tərbiyə“ ixtisaslarının sonuncu tədris ili tələbələrinin  pedaqoji təcrübəsinə  həsr olunmuş konfrans  keçirilib.

 

Konfransda filialın direktoru, professor Əli Allahverdiyev, Pedaqoji təcrübə rəhbəri Səlimə Müzəffərova, fakültə dekanı filologiya üzrə fəlsəfə doktoru Qələmşah İdrisov, kafedra müdirləri və metodist müəllimlər, təcrübə keçəcək tələbələr iştirak ediblər.

Konfransı açıq elan edən filial üzrə Pedaqoji təcrübə rəhbəri Səlimə Müzəffərova bildirib ki, ADPU-nun Quba filialının  tələbəsi Quba şəhər 1,2 və 4 saylı orta məktəblərdə, 1 və 2 saylı Körpələr evi uşaq baxçasında, həmçinin “Viqas” psixoloji və nitq inkişafı mərkəzində təcrübə keçəcək.

Konfransda filialın Təbiət fənləri və onun tədrisi metodikası kafedarsı üzrə pedaqoji təcrübə rəhbəri, dosent Güləddin Həmzəyev, Ədəbiyyat və dillər kafedrası üzrə pedaqoji təcrübə rəhbərləri  Aysel Şeydayeva, dosent Gülşən Ağabəy, filialın dekan müavini, psixoloq Nübar Bayramova,  pedaqoq, Pedaqoji və ictimai fənlər kafedrasının baş müəllimi Pərvanə Rzayeva çıxış edərək pedaqoji təcrübənin əhəmiyyəti, pedaqoji sənədlərin tərtib edilməsi qaydaları, pedaqoji təcrübə zamanı tələbələrin bilik və bacarıqlarının üzə çıxarılması üçün metodistlərin görməli olduğu işlər haqqında ətraflı məlumat veriblər.

Sonda  təcrübə keçəcək tələbələri maraqlandıran suallar cavablandırılıb,

  • Mənbə: ADPU Quba filialı

  • Bazar ertəsi, 18 Fevral 2019


  • Müəllif: Yusif Abayev


Oxşar xəbərlər

21 Fevral Ana dili günüdür

Cümə axşamı, 20 Fevral 2020

ADPU-nun Quba Filialında Azad Nəbiyev adına “Bilgə ocağı”nın açılışı olub

Bazar ertəsi, 21 Oktyabr 2019

ADPU-nun Quba Filialının əməkdaşları YAP Quba rayon təşkilatında keçirilən tədbirdə iştirak edib

Cümə axşamı, 31 Oktyabr 2019