Azərbaycan Dövlət Pedaqoji Universiteti
Quba Filialı

Esse müsabiqəsi

ADPU-nun Quba Filialında “Mən niyə müəllim olmaq istəyirəm?” mövzusunda esse müsabiqəsi keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında  filialın Tələbə Elmi Cəmiyyətinin(TEC) təşkilatçılığı ilə 5 Oktyabr –Beynəlxalq Müəllimlər Gününə həsr olunan “Mən niyə müəllim olmaq istəyirəm?” mövzusunda esse müsabiqəsi keçirilib.Müsabiqədə filialın 50-ə yaxın tələbəsi iştirak edib. Yazılan esselər Ədəbiyyat  və dillər kafedrasının  müəllim və professor heyəti tərəfindən yoxlanılıb və qaliblər müəyyənləşdirilib.Fərqlənən tələbə-gənclər  filialın direktoru dosent Yusif Alıyev tərəfindən Fəxri diploma layiq görülüblər.

1-ci yer-Zeynalov Cahandar, “Azərbaycan dili və ədəbiyyat müəllimliyi” ixtisası, III tədris ili tələbəsi

2-ci yer-Kərimova Mədinə, “Azərbaycan dili və ədəbiyyat müəllimliyi” ixtisası, III tədris ili tələbəsi

3-cü yer-Şükürov Elvin, “Tarix coğrafiya müəllimliyi” ixtisası, III tədris ili tələbəsi

3-cü yer-Həsənova Vəfa “Təhsildə sosial psixoloji xidmət” ixtisası, II tədris ili tələbəsi

  • Mənbə: ADPU Quba filialı

  • Cümə, 4 Oktyabr 2019


  • Müəllif: Yusif Abayev


Oxşar xəbərlər

ADPU-nun Quba Filialında “Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi” mövzusunda tədbir keçirilib

Çərşəmbə, 24 Sentyabr 2019

ADPU-nun Quba filialına yeni direktor təyin olundu

Bazar ertəsi, 2 Sentyabr 2019

Ümummilli lider Heydər Əliyevin anım günün qeyd olundu.

Cümə axşamı, 13 Dekabr 2018