Azərbaycan Dövlət Pedaqoji Universiteti
Quba Filialı

AMEA-nın Mərkəzi Elmi Kitabxanası və ADPU Quba Filialı arasında qarşılıqlı əməkdaşlıq Memorandumu imzalanıb.

Noyabrın 27-də AMEA Mərkəzi Elmi Kitabxanasının binasında ADPU-nun Quba filialı ilə Mərkəzi Elmi Kitabxana arasında qarşılıqlı əməkdaşlığa əsaslanan Memorandum imzalanıb.

      Bu məqsədlə təşkil olunan tədbirdə AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru tarix üzrə fəlsəfə doktoru Leyla İmanova, ADPU Quba filialının direktoru dosent Yusif Alıyev, filialın əməkdaşları Yusif Abayev, Nübar Bayramova, Samirə Hacıyeva, Mürvət Əliyev, Sahilə Ağasıyeva, Aygün Şıxbabayeva, Günəş Xudayarova da iştirak edib.
      Filialın direktoru dosent Yusif Alıyev çıxış edərək bildirib ki, regionlarda təhsilin, elmi-tədqiqat işlərinin səmərəliliyini artırmaq məqsədi ilə dərslik, dərs vəsaitləri və elmi əsərlərlə zəngin kitabxananın olması vacib amil kimi qarşıda duran əsas hədəflərdən biridir. Həmçinin vikipediya açıq ensiklopediyası üzrə bacarıqlı mütəxəssislərin bölgələrdə yetişdirilməsi bölgənin tarixi, coğrafiyası, turizim potensialının artırılması baxımından olduqca əhəmiyyətlidir. Bu məqsədlə geniş kitabxana resurslarına malik, Vikipediya açıq ensiklopediya quruculuğu sahəsində böyük təcrübəyə malik Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası ilə əməkdaşlıq edilməsi məqsədəuyğun hesab edilərək Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı ilə AMEA Mərkəzi Elmi Kitabxanası arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin yaradılması gündəmə gəlmişdir. Bu əməkdaşlığın təkcə filial üçün deyil, həm də Azərbaycan Dövlət Pedaqoji Universiteti üçün əhəmiyyətli olduğunu, filialın 20-ə yaxın gənc doktorantı və tələbələri üçün də Mərkəzi Elmi Kitabxananın elektron resurslarından istifadənin təhsilin inkişafı üçün vacibliyini vurğulayıb. Daha sonra vikipediya açıq ensiklopediya imkanlarından istifadə edəcək mütəxəssislərin hazırlanmasının həm də Qubanın, ümumilikdə bölgənin turizm potensialının artırılması üçün əhəmiyyətini diqqətə çatdırıb.
Sonda bu əməkdaşlığa çox səmimi yanaşan, təşəbbüsü təqdirəlayiq hesab edən AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru tarix üzrə fəlsəfə doktoru Leyla İmanovaya və filialda təhsilin inkişafı üçün şərait yaradan, filial rəhbərliyi və əməkdaşları tərəfindən irəli sürülən innovativ ideyalara dəstək olan ADPU-nun rektoru professor Cəfər Cəfərova təşəkkür edib. Tarix üzrə fəlsəfə doktoru Leyla İmanova da çıxış edərək bundan sonra ADPU-nun Quba filialı ilə əməkdaşlıq ediləcəyini, hətta Vikipediya açıq ensiklopediyası üzrə mütəxəssislərin hazırlanması üçün təlimlər təşkil olunacağını, təlimlərə filialın müvafiq ixtisasları üzrə tələbələrin cəlb olunacağını diqqətə çatdırıb.
Keçirilən ikitərəfli görüşdə bu əlaqələrin daha intensivləşdirilməsi üçün əməkdaşlıq Memarandumu imzalanmış, daha sonra isə filialın Kitabxana müdiri Samirə Hacıyeva, Mərkəzi Elmi Kitabxanasının şöbə müdiri Elnur Hüseynov çıxış edərək Memorandumun hər iki tərəf üçün böyük perspektivlər vəd etdiyini vurğulayıblar.
     Sonda AMEA-nln Mərkəzi Elmi Kitabxanasının qiymətli əlyazmalar saxlanılan bölmələri və ümumilikdə kitabxanada saxlanılan dəyərli kitab nümunələri ilə tanışlıq olub, ADPU-nun Quba filialının kitabxanasına kitablar hədiyyə edilib.

  • Mənbə: ADPU Quba filialın ictimaiyyətlə əlaqələr şöbəsi

  • Cümə axşamı, 27 Noyabr 2019


  • Müəllif: Yusif Abayev


Oxşar xəbərlər

Rektor Cəfər Cəfərov Qubada “Alma Bayramı”nda iştirak etmişdir

Şəmbə, 12 Oktyabr 2019

ADPU-nun Quba Filialının direktoru filialın tələbə təşkilatlarının fəal üzvləri ilə görüşüb.

Cümə axşamı, 14 Noyabr 2019

ADPU-nun Quba Filialının direktoru dosent Yusif Alıyev intelektual yarışın qalibi olan tələbələrlə görüşüb.

Bazar ertəsi, 21 Oktyabr 2019