Azərbaycan Dövlət Pedaqoji Universiteti
Quba Filialı

ADPU Quba Filialında Müstəqilliyimizin 28-ci ildönümünə həsr edilən tədbir keçirilib

ADPU-nun Quba filialının İctimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə tədbir oktyabrın 16-da ADPU-nun Quba filialının Heydər Əliyev auditoriyasında keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirlilməsi ilə başlanan tədbiri giriş nitqi ilə açan filialın Tərbiyə işləri üzrə direktor müavini Aysel Şeydayeva müstəqilliyimizin tarixindən danışaraq ulu öndər Heydər Əliyevin “Dövlət müstəqilliyimiz Azərbaycan xalqının milli sərvətidir” kəlamı ilə davam etdirmişdir.O qeyd etmişdir ki, xalqımız müstəqilliyi çətinliklər, qanlar, canlar bahasına qazansa da, onu qoruyub saxlamaqda daha böyük çətinliklərlə üzləşmişdi. 70 il Sovet İmperiyasının tərkibində yaşayan Azərbaycan müstəqilliyini əldə etdikdən sonra həm daxildən, həm də xaricdən böyük təzyiqlərə məruz qalmışdı. Əgər Azərbaycan xalqının böyük oğlu ulu öndər Heydər Əliyev olmasaydı bugün XX yüz ildə ikinci dəfə müstəqillik əldə etmiş dövlətimizdə 1918-ci ildə əldə edilən müstəqilliyimiz kimi çox qısa ömür yaşayacaqdır. Çox şükürlər olsun ki, bugün dünyada öz nüfuzu, siyasi xətti, güclü ordusu, mükəmməl iqtisadiyyatı olan müstəqil, qüdrətli dövlətimiz var, - deyən A.Şeydayeva bundan sonra bu müstəqilliyin qorunub saxlanması yönündə Heydər Əliyev ideologiyası ətrafında sıx birləşməyin vacib olduğunu bildirdi.
Sonra tədbirdə çıxış edən Pedaqoji və ictimai fənlər kafedrasının baş müəllimi doktorant Mürvət Əliyev lap qədim dövrlərdən etibarən Azərbaycanın müstəqillik ideyalarını xatırladaraq tarixə qısa səyahət etmişdir. O qeyd etmişdir ki, Azərbaycan ərazisində həmişə qüdrətli dövlətlər yaranmış, tarixdə silinməz, dərin izlər buraxmışdır. Həmçinin o, tələbələrə tariximizi dərindən öyrənməyi və gələcək nəsillərə ötürməyi tövsiyyə etmişdir. Daha sonra tədbirdə Pedaqoji və ictimai fənlər kafedrasının müəllimi Novruz Kərimov çıxış edərək bildirib ki, müstəqilliyimiz əldə olunandan sonra ümummilli lider Heydər Əliyevin müstəqilliyimizi qorumaq üçün etdiyi böyük işlər görüb.. O, qeyd etdi ki, müstəqillik əldə etmək çox çətin bir iş olsa da, onu qorumaq daha çətin bir proses idi.
Daha sonra isə “Tarix coğrafiya müəllimliyi” ixtisasının II tədris ili tələbəsi Bayramova Aydan çıxış etmiş, bildirmişdir ki, “XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövlət müstəqilliyini bərpa etmişdir. 1991-ci il oktyabrın 8-də Azərbaycan Ali Sovetinin işə başlanan növbədənkənar sessiyası 4 gün müzakirələr aparıb. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd - Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib.Həmin vaxt aktın lehinə Ali Sovetin 360 deputatından 258-i səs verir, yerdə qalanlar ya sessiyaya qatılmayıb, ya da onun əleyhinə səs veriblər. Konstitusiya Aktında göstərilib ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. Konstitusiya Aktı 6 fəsil, 32 maddədən ibarətdir. 1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarılıb və əhalinin 95%-i səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verib. Azərbaycanın müstəqilliyi bərpa olunandan sonra dövlət bayrağı, himni və gerbi yaradılıb.
Sonda isə “Pedaqoji və ictimai fənlər” kafedrasının müəllimi Novruz Kərimova çıxış edərək edərək qeyd etdi ki, müstəqilliyimiz əldə olunandan sonra ümumilli lider Heydər Əliyevin müstəqilliyimi qorumaq üçün etdiyi böyük işlərdən söz açdı. O, qeyd etdi ki, müstəqillik əldə etmək çox çətin bir iş olsa da onu qorumaq daha çətin bir proses idi. Ümumilli liderimiz Heydər Əliyev bu işin öhdəsindən layiqincə gələrək xalqımızı xoşbəxt gələcəyə çıxardı.

  • Mənbə: ADPU Quba filialı

  • Çərşəmbə, 16 Oktyabr 2019


  • Müəllif: Mətbuat xidməti


Oxşar xəbərlər

ADPU-nun Quba Filialında 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə və Yeni ilə həsr olunmuş bayram tədbiri keçirilib

Çərşəmbə axşamı, 25 Dekabr 2018

ADPU-nun Quba Filialının bir qrup əməkdaşı “Yeni Azərbaycan Partiyası-26 il” adlı tədbirdə iştirak edib.

Çərşəmbə axşamı, 20 Noyabr 2018

ADPU-nun Quba Filialının direktoru dosent Yusif Alıyev intelektual yarışın qalibi olan tələbələrlə görüşüb.

Bazar ertəsi, 21 Oktyabr 2019