Azərbaycan Dövlət Pedaqoji Universiteti
Quba Filialı

ADPU-nun Quba Filialının tələbələri IV Qış Elm Festivalında II yerin qalibi oldular.

Dekabrın 26-da Bakı Mühəndislik Universitetində (BMU) Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə IV Qış Elm Festivalı keçirilib

Universitetin foyesində təşkil edilən festivalda 20-dən çox ali təhsil müəssisələrinin tələbələri və orta məktəb şagirdləri tərəfindən “Palimpsest kollaj”, “Ətraf mühitə zərərsiz bioplastika”, “Torpaq sürüşməsinin qarşısının alınması”, “Rəqəmsal hökumət” və s. kimi bir-birindən maraqlı layihələr nümayiş etdirilib.

Festivala ölkəmizin ali və orta ümumtəhsil məktəblərindən 54 komanda qatılıb ki, bunlardan 18-i Bakı Mühəndislik Universitetini təmsil edib. Yarışmaya 100-dən çox layihə təqdim olunub.Sonda qaliblər mükafatlandırılıb. Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba Filialı festivalda II yerə layiq görülüb.

Layihədə iştirak edən bütün komanda üzvlərinə, eləcə də kateqoriyalar üzrə aparılmış qiymətləndirmə nəticəsində ilk üç yerə layiq görülən komandalara təşkilatçılar tərəfindən sertifikat və hədiyyələr təqdim olunub.

  • Mənbə: ADPU Quba filialı

  • Çərşəmbə, 26 Dekabr 2018


  • Müəllif: Yusif Abayev


Oxşar xəbərlər

ADPU-nun Quba Filialında “Gənclərin elmi fəaliyyətinin istiqamətləri” mövzusunda tədbir keçirilib

Cümə axşamı, 26 Sentyabr 2019

ADPU-nun Quba Filialının əməkdaşları RİİB-in tədbirində iştirak ediblər.

Cümə, 7 Dekabr 2018

İsmayıl Şıxlının 100 illik yubileyi qeyd olunub

Bazar ertəsi, 9 Dekabr 2019