Azərbaycan Dövlət Pedaqoji Universiteti
Quba Filialı

ADPU-nun Quba Filialının tələbələri Azərbaycan Gənclərinin VIII Forumunun zona toplantısında iştirak edib.

Oktyabrın 11-də Sumqayıt şəhərində Heydər Əliyev Mərkəzində Azərbaycan Gənclərinin VIII Forumu çərçivəsində zona toplantısı keçirilib.

Tədbidə Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının I müavini Teymur Səmədov, Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev , Milli Məclisin üzvü Tahir Mirkişili, eyni zamanda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Sumqayıt Dövlət Universitetinin, Dövlət Təhlükəsizliyi Xidmətinin və Azərbaycan Respublikasının Gənclər Fondunun əməkdaşları, Quba-Xaçmaz iqtisadi rayonuna daxil olan rayonların gəncləri iştirak ediblər.

Gənclərinin VIII Forumu çərçivəsində zona toplantısında Azərbaycan Dövlət Pedaqoji Universitetinin ( ADPU) Quba Filialının Tələbə Gənclər Təşkilatının ( TGT ) sədri Həcər Seyidəhmədova, Tələbə Elmi Cəmiyyətinin ( TEC ) sədri Türkanə Abışova, TGT sədr müavini Murad Şərifov da iştirak edib.

    Sonda zonaya daxil olan rayon və şəhərlərdən olan Azərbaycan Gəncləri VIII Forumuna seçilmiş nümayəndələrin siyahısı təsdiq edilib.

  • Mənbə: ADPU Quba filialı

  • Cümə axşamı, 12 Oktyabr 2018


  • Müəllif: Yusif Abayev


Oxşar xəbərlər

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba Filialının təqdimatı keçirilib

Çərşəmbə, 12 İyun 2019

Müəllimlərin İnkluziv təhsil sahəsində bacarıqlarının artırılması layihəsi

Cümə axşamı, 31 Yanvar 2019

2 Fevral Gənclər Günü

Şəmbə, 2 Fevral 2019