Azərbaycan Dövlət Pedaqoji Universiteti
Quba Filialı

ADPU-nun Quba Filialının rəhbərliyi tələbələrlə kirayədə qaldıqları evlərdə görüşüblər.

Noyabrın 17-də ADPU-nun Quba filialının direktoru dosent Yusif Alıyev filialda təhsil alan və Quba şəhərində kirayədə qalan tələbələrlə görüşüb, onların sosial qayğıları ilə maraqlanıb.

    Görüşdə filialın Tərbiyə işləri üzrə direktor müavini Aysel Şeydayeva, İnformasiya və Kommunikasiya Texnologiyaları şöbəsinin müdiri Yusif Abayev, Pedaqoji fakültənin dekan müavini Nübar Bayramova, Baş mühasib Mahirə Malıyeva, filialın Həmkarlar İttifaqı Komitəsinin sədri Mürvət Əliyev, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Aygün Şıxbabayeva, Tələbə Gənclər Təşkilatının sədri Həcər Seyidəhmədova, Tələbə Elmi Cəmiyyətinin sədr müavini Ayşən Bağılı iştirak edib. Öncə dosent Yusif Alıyev tələbə-gəncləri 17 Noyabr - Milli Dirçəliş Günü və Beynəlxalq Tələbə Günü münasibəti ilə təbrik edib. Daha sonra tələbələrlə çox səmimi şəkildə söhbət edən direktor onlara öz tövsiyələrini, məsləhətlərini çatdırıb. Qeyd edib ki, dövlətimiz hər zaman tələbələrin yanındadır. Tələbələrin mükəmməl təhsil almaları üçün Prezident cənab İlham Əliyev, Birinci vitse-prezident xanım Mehriban Əliyeva hər cür şərait yaratmışdır, - deyə Y. Alıyev həmçinin bildirdi ki, gələcəyimiz olan bugünkü gənclik də bütün qüvvəsi ilə dövlətinin yanındadır. Biz də təhsil müəssisəsi olaraq gələcəyimiz naminə sağlam düşüncəli, vətənpərvər, dövləti, dövlətçiliyi qoruyacaq, müdafiə edəcək vətəndaş yetişdirmək üçün əlimizdən gələni etməliyik. O, filialda yaradılan yeni klubların, geniş internet zolaqlı kompüter mərkəzinin, müasir imlanlı aiditoriyaların tələbələrin ixtiyarında olduğunu, müasir, geniş kitabxana şəbəkəsi ilə bağlı yeni layihələrə imza atıldığını diqqətə çatdırıb, vurğulayıb ki, bütün bunlar tələbə məmnunluğunu əldə etmək, gənclərimiz üçün savadlı kadrlar yetişdirmək məqsədi daşıyır. O filial əməkdaşlarının son günlərdə əmək haqlarının artırılması məsələsini də qeyd edərək, bildirib ki, müəllimlərin sosial qayğıları dövlətimiz tərəfindən həmişə diqqət mərkəzində saxlanıldığından, bu iş filialımız tərəfindən də diqqətdə saxlanılır və inkişaf sayəsində əməkdaşlarımız qarşısına yeni tələblər qoyulur. Əməkdaşlarımız, müəllimlərimiz artıq müasir dövrün sağlam rəqabətliliyinə davam gətirməyi bacarmalı, özləri öz üzərlərində işləməlidirlər. Dosent Y. Alıyev həmçinin tələbə-gəncləri fəal olmağa səsləyib, filialın tələbə təşkilatlarını (THİK, TGT, TEC) yeni sosial layihələrdə, müsabiqələrdə iştirak etməyə çağırıb. Dosent Yusif Alıyev bildirib ki, qarşıya qoyduğumuz məqsədlərə gənclərlə birlikdə nail olmaq olar, hamımız doğma Qubanın, bütün Azərbaycanın inkişafından pay götürməliyik. Amerikanın prezidenti C. Kennedinin məşhur bir deyimini tələbələrə xatırladıb:  Deməyin ki, Amerika dövləti bizim üçün nə edib, deyin ki, biz Amerika üçün nə etmişik. Biz də həmişə özümüzə sual verməliyik ki, biz Azərbaycan üçün nə etmişik. Onda ölkəmiz daha sürətlə inkişaf edəcək.O, çıxışının sonunda xüsusi ilə vurğulayıb ki, illər əvvəl ulu öndər Heydər Əliyevin təməlini qoyduğu müstəqil, inkişaf etmiş Azərbaycan bu gün sağlam düşüncəli, dövlətini, siyasi liderini sevən gənclərin əlindədir. Bugünkü əldə edilən uğuru gələcək nəsillər naminə qorumaq isə hamımızın borcudur. Daha sonra A.Şeydayeva, N.Bayramova, Y.Abayev, M.Əliyev, A.Şıxbabayeva, M.Malıyeva, H.Seyidəhmədova, A.Bağılı çıxış edərək son günlərdə Quba filialında görülən məqsədyönlü işlərdən, qarşıya qoyulan məqsədlərdən danışaraq bildiriblər ki, bundan sonra da bu yolla davam edərək təhsilimizin, ölkəmizin uğurlu gələcəyi üçün çox gözəl töhfələr veriləcək. Çıxış edən tələbələr isə filial rəhbərliyinin belə qəfil gəlişindən, onlarla səmimi söhbətlərindən razılıq edib, onlara rəhbərlik tərəfindən göstərilən diqqət və qayğıdan ruhlandıqlarını dilə gətiriblər. Hər zaman tələbələrin yanında olan, özünü təyin olunduğu gündən tələbələrin dostu elan edən dosent Yusif Alıyevə öz təşəkkürlərini bildiriblər. Belə görüşlərin mütamadi keçirilməsini arzu ediblər.Sonda filialın rəhbərliyi tərəfindən tələbələrə gətirilən şirniyyat süfrəsi ətrafında çay içilib, ev sahibləri ilə fikir bölüşdükdən sonra gənclərin qaldıqları otaqların vəziyyəti ilə tanış olunub. Sonda tələbələrlə xatirə çəklləri çəkdirilib.

 

  • Mənbə: ADPU Quba filialın ictimaiyyətlə əlaqələr şöbəsi

  • Bazar, 17 Noyabr 2019


  • Müəllif: Yusif Abayev


Oxşar xəbərlər

Payız imtahanlarının keçirilmə vaxtları. 2018-2019 cu tədris ili üçün.

Çərşəmbə axşamı, 8 Yanvar 2019

ADPU-nun Quba Filialının tələbələri “18 oktyabr-Milli Müstəqillik Günü” və Nəsiminin 650 illik yubileyinə həsr olunmuş intellektual yarışda iştirak ediblər.

Cümə, 18 Oktyabr 2019

ADPU-nun Quba Filialının müəllimi Beynəlxalq Simpoziumda iştirak edib

Cümə axşamı, 22 Noyabr 2018