Azərbaycan Dövlət Pedaqoji Universiteti
Quba Filialı

ADPU-nun Quba Filialının əməkdaşları “Sözləri ecazdı Qusarçaylının” adlı kitab təqdimatında iştirak ediblər.

Oktyabrın 26-da Quba Rayonu Mərkəzi Kitabxanasında Şahin Fazilin “Sözləri ecazdı Qusarçaylının” adlı kitabının təqdimatı keçirilib.

Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun professoru, tarix elmləri doktoru, “Məcməüş-şüara” ədəbi məclisinin sədri, “Divanlar Xəmsə”sinin müəllifi, görkəmli şair Şahin Fazilin Qubalı şair Ramiz Qusarçaylının yaradıcılığına həsr etdiyi “Sözləri ecazdı Qusarçaylının” adlı kitabı işıq üzü görüb. Tədbirdə görkəmli alim, Azərbaycan AMEA-nın həqiqi üzvü, Azərbaycan Atatürk Mərkəzinin direktoru, əməkdar elm xadimi, professor, millət vəkili Nizami Cəfərov, Bakı Dövlət Universitetinin professoru, filologiya elmləri doktoru, ”Elm və təhsil” nəşriyyatının direktoru Nadir Məmmədli, Azərbaycan AMEA-nın Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Eynulla Mədədli, şair və yazıçılardan Zakir Məmməd, Cəlaləddin Budadoğlu, Əli Ələmi, Hacı Rafiq, Yasin Xəlil, Necməddin Mürvətov, Aybəniz Əliyar, Mürfəttar, Tahir Saleh, Sevinc Məmmədova, eləcə də Bakıdakı “Məcməüş-şüara” və "Vahid", Qubadakı “Ay işığı” və “Gülüstan”, Xaçmazdakı “Ulduzlar” ədəbi məclislərini təmsil edən şair və yazarlar, həmçinin Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba Filialının Ədəbiyyat və dillər kafedrasının müəllimləri Kəmalə Bayramova, Nuranə Allahverdiyeva, Rahib Alpanlı və digərləri iştirak ediblər.

  • Mənbə: ADPU Quba filialının İctimaiyyətlə əlaqələr şöbəsi

  • Şəmbə, 26 Oktyabr 2019


  • Müəllif: Yusif Abayev


Oxşar xəbərlər

ADPU-nun Quba Filialında I tədris ili tələbələri ilə tanışlıq görüşü keçirilib

Cümə axşamı, 19 Sentyabr 2019

“Özünü müdafiə etməyi bacar, insan alverinin qurbanı olma!”

Bazar ertəsi, 29 Aprel 2019

ADPU-nun Quba Filialında “Gənc Tədiqatçılar Şurası” yaradılıb

Bazar ertəsi, 21 Oktyabr 2019