Tədbirdə ADPU-nun Quba Filialının Tədris və elmi işlər üzrə direktor müavini , tarix üzrə fəlsəfə doktoru İsmayıl Mahmudov, dekan müavini Nübar Bayramova , Ədəbiyyat və dillər kafedrasının müdiri, dosent Gülşən Ağabəy, Pedaqoji və ictimai fənlər kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Nəsirov, həmin kafedranın müəllimləri iştirak ediblər.
Tədbirdə iştirakçılara inkluziv təhsilə dair ümumi anlayış, pedaqoji kadrların peşəkar hazırlığı və mövcud resurslara dair sosial tədqiqatın nəticələri haqqında məlumatlar verilib, layihə çərçivəsində həyata keçiriləcək fəaliyyətləri, inkluziv təhsilin mahiyyətinib özündə əks etdirən banerlər paylanılıb.
Çərşəmbə axşamı, 20 Noyabr 2018
Cümə, 7 Dekabr 2019