Azərbaycan Dövlət Pedaqoji Universiteti
Quba Filialı

ADPU-nun Quba Filialının direktoru filialın tələbə təşkilatlarının fəal üzvləri ilə görüşüb.

Noyabrın 14-də ADPU-nun Quba filialınln direktoru dosent Yusif Alıyev filialın tələbə təşkilatlarının sədr, sədr müavinləri və fəal üzvləri ilə görüşüb.

     Görüşdə filialın Tərbiyə işləri üzrə direktor müavini Aysel Şeydayeva, TGT sədri Həcər Seyidəhmədova, sədr müavinləri Murad Şərifov, Səyyad Nəcəfov, Həyatə Nurikişiyeva, TEC sədri Türkanə Abışova, sədr müavinləri Ayşən Bağılı, Ayşən Hüseynova, fəal gənclər təşkilatı üzvləri Elvin Şükürov, Səbinə Nurməmmədova və digərləri iştirak edib.Gənclərə öz tövsiyələrini çatdıran dosent Yusif Alıyev filialda tələbələr üçün yaradılan şəraitdən, açılan yeni, müasir avadanlıqlarla təchiz olunan tədris auditoriyalarından, təsis olunan adlı təqaüdlərdən, layihələrin dəstəklənməsindən, filial kitabxanasında tələbələrin dərslərə hazırlaşmaları üçün yeni, zəruri ədəbiyyatların alınmasından, danışıb.Bildirib ki, filialda görülən işlər əslində dövlətimizin Azərbaycan təhsilinə göstərdiyi diqqət və qayğının bir hissəsidir.Gənclər bugün yalnız dövlətçiliyi dəstəkləməli, şəffaflığı əsas tutmalı, bütün neqativ hallara qarşı barışmaz mövqe tutmalıdırlar.Dosent Yusif Alıyev tələbə gəncləri çox səmimi şəkildə dinləyib, onların bütün cəmiyyətin, təhsilin inkişafına töhvə verəcək layihələrinin dəstəklənəcəyini diqqətə çatdırıb.Xüsusi ilə vurğulayıb ki, müasir cəmiyyətdə gənclərin inkişafı üçün hər cür şərait və dövlət dəstəyi vardır.Bu səbəbdən də gənclərimiz dövlətimizin inkişafında maraqlı olmalı, dövlətçiliyimizin möhkəmlənməsində əllərindən gələni etməli,savadlı kadr kimi yetişməli, cənab prezident İlham Əliyevin ətrafında sıx birləşməlidirlər.Daha sonra dosent Yusif Alıyev qarşıda duran layihələr haqqında tələbələrə məlumat verib, tək məqsədinin universiteti müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirmək, dövlətin, təhsilin qarşımıza qoyduğu ali məqsədləri həyata keçirərək Azərbaycanın gələcəyi üçün ixtisaslı mütəxəssislər hazırlamaq olduğunu diqqətə çatdırıb.Fikrini ulu öndər Heydər Əliyevin kəlamı ilə bitirən direktor gələcəyimizin gənclərimizin bugünkü inkişafından asılı olduğunu vurğulayıb.Ümumilikdə görüş çox səmimi keçib
Tələbələr adından çıxış edən tələbə təşkilatları üzvləri onlara göstərilən bu diqqət və qayğıdan ruhlanaraq yeni layihələrə imza atacaqlarınl bildiriblər.

  • Mənbə: ADPU Quba filialın ictimaiyyətlə əlaqələr şöbəsi

  • Cümə axşamı, 14 Noyabr 2019


  • Müəllif: Yusif Abayev


Oxşar xəbərlər

Rektor Cəfər Cəfərov Qubada “Alma Bayramı”nda iştirak etmişdir

Şəmbə, 12 Oktyabr 2019

ADPU-nun Quba filialında yeni “Kitab klub” fəaliyyətə başladı.

Çərşəmbə, 16 Oktyabr 2019

ADPU-nun Quba Filialının əməkdaşları “Sözləri ecazdı Qusarçaylının” adlı kitab təqdimatında iştirak ediblər.

Şəmbə, 26 Oktyabr 2019