Azərbaycan Dövlət Pedaqoji Universiteti
Quba Filialı

ADPU-nun Quba Filialının direktoru dosent Yusif Alıyev intelektual yarışın qalibi olan tələbələrlə görüşüb.

Oktyabrın 21-də ADPU Quba Filialının direktoru dosent Yusif Alıyev “18 oktyabr-Milli Müstəqillik Günü” və Nəsiminin 650 illik yubileyinə həsr olunmuş intellektual yarışda iştirak edərək qalib olmuş komanda ilə görüşüb.

Filialın İctimaiyyətlə əlaqələr şöbəsinin verdiyi məlumata əsasən oktyabrın 18-də Dövlət Müstəqilliyi Günü münasibətilə YAP Quba rayon təşkilatının təşəbbüsü və dəstəyi ilə Yurd Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi olaraq gənclərin iştirakı ilə Müstəqillik kuboku adlı intellektual turnir keçirilib.Turnirdə iştirak edən ADPU-nun Quba Filialının tələbələrindən ibarət "Psixoterapevtlər" komandası qalib olub.mDirektor dosent Yusif Alıyev tələbələri bir daha qalibiyyət münasibəti ilə təbrik edib, hər bir tələbənin uğurunun əslində filialın uğuru olduğunu vurğulayıb, Onlara bir direktor olaraq hər zaman tələbələrin yanında olduğunu, onların bütün elmi və ictimai fəaliyyətlərində nailiyyət əldə etmələri üçün bundan sonra lazımi şəraitin yaradılacağını, Azərbaycan dövlətinin gələcəyi üçün layiqli, savadlı kadrların hazırlanması məqsədi ilə müxtəlif layihələrə imza atılacağını vurğulayıb.Qeyd edib ki, artıq filialın hər bir tələbəsi bilməlidir ki, dosent Yusif Alıyev tələbələrin dostu olan bir rəhbərdir, tək amalı Azərbaycan təhsilinin inkişafına töhfə verə biləcək savadlı mütəxəssislərin hazırlanmasıdır. Sonda komandanın lideri Səyyad Nəcəfov tələbələr adından çıxış edərək yaradılan şərait üçün direktor Yusif Alıyevə minnətdarlığınnı bildirib.

  • Mənbə: ADPU Quba filialı

  • Bazar ertəsi, 21 Oktyabr 2019


  • Müəllif: Mətbuat xidməti


Oxşar xəbərlər

ADPU-nun Quba Filialında “Hərəyə bir kitab” alı tədbir keçirilib

Cümə axşamı, 26 Sentyabr 2019

ADPU-nun Quba Filialının müəllimi Beynəlxalq Simpoziumda iştirak edib

Cümə axşamı, 22 Noyabr 2018

ADPU-nun Quba Filialında “Məzun Günü ” keçirilib.

Cümə, 24 May 2019