Azərbaycan Dövlət Pedaqoji Universiteti
Quba Filialı

ADPU-nun Quba Filialında yaz semestrinin imtahan sessiyası

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba Filialında yaz imtahan sessiyası başlanılmışdır

Tələbələrin imtahana qədərki bilik səviyyəsinin yüksəldilməsi məqsədi ilə, semestrin əvvəlindən elektron formada mühazirələr, sillabuslar tələbələrə təqdim olunub, seminarlar obyektiv və ciddi keçirilib.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba  Filialında hazırda 6 ixtisas üzrə 607 tələbə yaz imtahan sessiyasına buraxılmışdır. 2018-2019-cu tədris ilinin yaz semestrinin imtahan sessiyası Azərbaycan Dövlət Pedaqoji Universitetinin 2014-cü ildə təsdiq edilmiş tədris planlarına  uyğun olaraq keçirilir. Imtahanlar “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə”  ADPU-nun Quba Filialının 6 may 2019-cu il tarixli 39 nömrəli əmrinə əsasən təşkil olunur.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba  Filialında  hər zaman olduğu kimi imtahan sessiyasının başlanması ilə əlaqədar “Yaz imtahan sessiyasının mütəşəkkil keçirilməsi haqqında”, “Münaqişə komissiyasının yaradılması haqqında”, “Yaz imtahan sessiyasına görə imtahan komissiyasının yaradılması haqqında”, “İmtahan Qərargahının yaradılması haqqında” və “ Nəzarətçi koordinatorların təyin olunması haqqında ” daxili əmrlər verilmiş, və imtahan sessiyasının keçirilməsində Təhsil  Nazirliyinin qüvvədə olan Əsasnamələri, təlimatları, əmr və göstərişləri nəzərə alınır.

Tələbələrin ixtisaslara mükəmməl yiyələnmələri məqsədi ilə imtahan sessiyalarında onların biliklərinin obyektiv və şəffaf qiymətləndirilməsi başlıca meyar hesab edilir.

İmtahanlar tədris planlarına  uyğun olaraq filialın direktorunun əmri ilə təsdiq olunmuş cədvəl əsasında keçirilir.Hər imtahandan qabaq  cədvələ əsasən məsləhət saatı aparılır , tələbələrin məsləhət saatlarında iştirakları təmin edilir və  dərs  jurnalında qeyd olunur.

Filialİmtahan müddətində valideynlər üçün “ Açıq qapı” elan edilir, bu da valideynlərdə  imtahanların gedişi barədə dolğun təsəvvür yaradılmasına xidmət edir.Sonradan isə imtahan haqqında  öz fikirlərini filialın “Rəy və təkliflər ” kitabına qeyd edirlər. Filialda həmçinin vətəndaş cəmiyyəti platformasının resurslarından istifadə etməklə tədrisin təşkili, tədris fəaliyyətinin, o cümlədən imtahan prosesinin monitorinqi, təhsil alan tələbələrin gündəlik qayğılarının öyrənilməsi, onlara əməli kömək göstərilməsi və sair məsələlərin təmin olunması məqsədi ilə İctimai şura yaradılmışdır.

       2018-2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasında şəffaflığın təmin edilməsi üçün bugün həmişə olduğu kimi bütün kollektiv, professor və müəllim heyəti də daxil olmaqla  əlindən gələni əsirgəmir. Bu məqsədlə hər gün saat 8:30 da bütün kollektivin  və qeyri-ixtisas müəllimlərindən , habelə texniki işçilərdən təşkil edilmiş koordinatorların da iştirakı ilə iclas keçirilir. Koordinatorlar həmin iclasda  təyin olunur, koordinatorlar vasitəsilə imtahanlara nəzarət həyata keçirilir.    

   İmtahan başa çatdıqdan sonra cavab vərəqləri koordinatorlar tərəfindən xüsusi ayrılmış otaqda yığılır, şifrələnir , nəticələr ixtisas müəllimləri tərəfindən kamera ilə nəzarət olunan  otaqda  obyektiv yoxlanılıb qiymətləndirilir. Təlimata əsasən bu barədə tələbələrə həmin gün imtahan nəticələri haqqında müvafiq məlumatlar verilir, nəticələr elanlar lövhəsindən asılır və filialın adpuquba.edu.az saytında yerləşdirilir.

 Sessiya müddətində daxil olacaq şikayətlərin operativ şəkildə araşdırılmasını təmin etmək məqsədilə filialda İmtahan Qərargahı yaradılıb. Bundan əlavə imtahan prosesində yarana biləcək münaqişə və şikayətlərin operativ və obyektiv həll edilməsini təmin etmək məqsədilə Münaqişə Komissiyası fəaliyyət göstərir.

İmtahan sessiyasının mütəşəkkil, obyektiv və şəffaf keçirilməsində  filialın direktoru, professor Əli Allahverdiyevin  göstərişlərinə tam  əməl olunur.

  • Mənbə: ADPU Quba filialı

  • Bazar ertəsi, 3 İyun 2019


  • Müəllif: İctimaiyyətlə əlaqələr şöbəsi


Oxşar xəbərlər

ADPU-nun Quba Filialında I tədris ili tələbələri ilə tanışlıq görüşü keçirilib

Cümə axşamı, 19 Sentyabr 2019

ADPU-nun Quba Filialında 15 Sentyabr Bilik Günü

Çərşəmbə axşamı, 15 Sentyabr 2018

ADPU-nun Quba filialında tədbir keçirilib

Şəmbə, 27 Sentyabr 2019