Azərbaycan Dövlət Pedaqoji Universiteti
Quba Filialı

ADPU-nun Quba Filialında Xocavənd rayonunun işğal edilməsi ilə bağlı anım mərasimi keçirilib

Oktyabrın 2-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba Filialında Azərbaycanın dilbər guşələrindən olan Xocavənd rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi ilə bağlı anım mərasimi keçirilib.

Anım mərasimində Azərbaycanın dövlət müstəqilliyi uğrunda canlarından keçən vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra çıxış edən filialın Tədris və elmi işlər üzrə direktor müavini tarix üzrə fəlsəfə doktoru İsmayıl Mahmudov, filialın Tərbiyə işləri üzrə direktor müavini Aysel Şeydayeva bildiriblər ki, Xocavənd rayonu 1992-ci il oktyabrın ayının 2-də Ermənistan silahlı birləşmələri və onların havadarları tərəfindən işğal edilib. İşğal nəticəsində rayonun azərbaycanlılar yaşayan 10 kəndində 1723 yaşayış evi ermənilər tərəfindən yandırılaraq əmlakları talan edilib, 47 sənaye, 144 kənd təsərrüfatı obyekti dağıdılaraq viran edilib. Erməni vandalları tərəfindən 17 təhsil müəssisəsi, 4 məktəbəqədər tərbiyə ocağı, 32 səhiyyə məssisəsi, 59 mədəniyyət obyekti, 10 tarixi abidə dağıdılıb. Daha sonra vurğulanıb ki, Qarabağ əbədi əzəli Azərbaycan torpağıdır və işğal altında olan bu ərazilərdə çox tezliklə Azərbaycan bayrağı dalğalanacaqdır.

  • Mənbə: ADPU Quba filialı

  • Çərşəmbə, 2 Oktyabr 2019


  • Müəllif: Yusif Abayev


Oxşar xəbərlər

ADPU-nun Quba Filialında Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümünə həsr edilən konfrans keçirilib.

Çərşəmbə, 27 Noyabr 2019

ADPU-nun Quba Filialında Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.

Bazar ertəsi, 25 Fevral 2019

Universitet-kollec-litsey klasteri

Çərşəmbə, 25 Sentyabr 2019