Azərbaycan Dövlət Pedaqoji Universiteti
Quba Filialı

ADPU-nun Quba Filialında tələbələr üçün müxtəlif klublar fəaliyyətə başlayıb

Oktyabrın 1-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında tələbələrin ictimai fəallığının artırılması məqsədilə intelektual klublar yaradılması məqsədilə tələbələrlə görüş keçirilib

Oktyabrın 1-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında tələbələrin ictimai fəallığının artırılması, cəmiyyətə yararlı vətəndaşlar kimi yetişdirilməsi, tələbə-gənclərin asudə vaxtlarının səmərəli təşkili, ümumilikdə cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq məqsədi ilə tələbələrin maraqlarına uyğun müxtəlif klublar yaradılıb. Klubların yaradılmasında əsas məqsəd “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrasından irəli gələn vəzifələrin həllinin nəzərdə tutulması olub.

Klubların yaradılması ilə əlaqədar maraqlı təklifləri  filialın əməkdaşları Xəyalə Ələkbərova, Püstəxanım Seyidova, Tələbə Elmi Cəmiyyətinin (TEC) sədri Türkanə Abışova, Tələbə Gənclər Təşkilatının (TGT) sədri Həcər Seyidəhmədova irəli sürüblər.Təkliflər böyük maraqla qarşılanıb və icrası ilə əlaqədar vakansiyalar elan olunub.

 

  • Mənbə: ADPU Quba filialı

  • Çərşəmbə axşamı, 1 Oktyabr 2019


  • Müəllif: Yusif Abayev


Oxşar xəbərlər

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba Filialının təqdimatı keçirilib

Çərşəmbə, 12 İyun 2019

ADPU-nun Quba Filialında intellektual oyun keçirilib.

Cümə axşamı, 27 Sentyabr 2018

ADPU-nun Quba Filialında 15 Sentyabr Bilik Günü

Çərşəmbə axşamı, 15 Sentyabr 2018