Azərbaycan Dövlət Pedaqoji Universiteti
Quba Filialı

ADPU-nun Quba Filialında Quba RİH Başçısı və Macarıstanın Azərbaycandakı Səfiri ilə görüş keçirilib.

Noyabrın 21-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba Filialında Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev və Macarıstanın Fövqəladə və Səlahiyyətli Səfiri Viktor Sederkenyi ilə görüş keçirilib.

Görüşdə həmçinin Macarıstanın Mədəniyyət və Təhsil məsələləri üzrə Azərbaycandakı diplomatı  Mihay Qruber də iştirak edib.

Görüşdə çıxış edən Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev qonaqları, filialın kollektivini salamlayıb, ADPU-nun Quba Filialının kollektivinin rayonda gedən ictimai-siyasi, mədəni proseslərdə iştirakını yüksək qiymətləndirdiyini vurğulayıb.

Görüşdə çıxış edən cənab Viktor Sederkenyi  Azərbaycan-Macarıstan dövlətlərinin  ikitərəfli əməkdaşlığından, bu əməkdaşlığın yaratdığı hərtərəfli  imkanlardan, Macar-Azərbaycan layihələrindən  danışıb. Səfir həmçinin Quba şəhərində aparılan abadlıq və quruculuq işlərini yüksək qiymətləndirib, Qubanın insanlarına, təbiətinə olan xoş münasibətini dilə gətirib.

Daha sonra görüşdə çıxış edən Macarıstanın Mədəniyyət və Təhsil məsələləri üzrə Azərbaycandakı diplomatı  Mihay Qruber Macarıstan Hökumətinin  2018/2019 tədris ili üçün Stipendium Hungaricum adlı təqaüd proqramına başlamasından və  bu proqram çərçivəsində 200 nəfər azərbaycanlı tələbənin  Macarıstanda təhsil ala bilməsindən ətraflı danışıb.

Sonda tələbə-gəncləri maraqlandıran suallar cavablandırılıb.

  • Mənbə: ADPU Quba filialı

  • Çərşəmbə, 21 Noyabr 2018


  • Müəllif: Yusif Abayev


Oxşar xəbərlər

ADPU-nun Quba Filialının əməkdaşları RİİB-in tədbirində iştirak ediblər.

Cümə, 7 Dekabr 2018

ADPU-nun Quba Filialının bir qrup əməkdaşı “Yeni Azərbaycan Partiyası-26 il” adlı tədbirdə iştirak edib.

Çərşəmbə axşamı, 20 Noyabr 2018

ADPU-nun Quba Filialında intellektual oyun keçirilib.

Cümə axşamı, 27 Sentyabr 2018