Azərbaycan Dövlət Pedaqoji Universiteti
Quba Filialı

ADPU-nun Quba Filialında qrup nümayəndələri ilə görüş keçirilib.

Filialımızın direktoru dosent Yusif Alıyev qrup nümayəndələri ilə görüş keçirdi.

       13 noyabr 2019-cu il tarixində Azərbaycan Dövlət Pedoqoji Universitetinin (ADPU) Quba filialının direktoru dosent Yusif Alıyev hər iki növbənin qrup nümayəndələri ilə görüş keçirib. Görüşün əsas məqsədi qruplarda olan problemlərin və digər məsələlərin bir başa qrup nümayəndələrindən dinləmək, onlara müvafiq tapşırıqları vermək, dərsliklərin çatışmazlığı haqqında məlumat almaq, qarşıdan gələn imtahanlar haqqında müzakirələr aparmaq idi. Görüşdə hər ixtisasın tyutorları, Tədris işləri üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Ismayıl Mahmudov, fakültə dekanı filologiya üzrə fəlsəfə Qələmşah İdrisov iştirak edib. Direktor dosent Yusif Alıyev tələbələrlə tam səmimi söhbət edərək, onların təklif və şikayətlərini dinləyib, müvafiq qeydlər götürərək bütün neqativ halların qarşısının alınması üçün onlara tövsiyələr verdi. Tələbələr də həmçinin, bildiriblər ki, direktorun səmimi və nizam intizamlı rəhbərlik sistemindən çox razıdırlar və daha uğurlu işlərin həyata keçməsində, həmçinin əllərindən gələn dəstəyi, aktivliyi göstərəcəklərini bildiriblər.

  • Mənbə: ADPU Quba filialın ictimaiyyətlə əlaqələr şöbəsi

  • Çərşəmbə, 13 Noyabr 2019


  • Müəllif: Yusif Abayev


Oxşar xəbərlər

ADPU-nun Quba Filialının iki əməkdaşı diploma layiq görülüblər.

Cümə axşamı, 20 Sentyabr 2018

ADPU-nun Quba Filialında “Azərbaycanda əlilliyi olan uşaqlar üçün keyfiyyətli inkluziv təhsilin genişləndirilməsi ” layihəsi çərçivəsində görüş keçirilib

Bazar ertəsi, 24 Sentyabr 2018

Universitet-kollec-litsey klasteri

Çərşəmbə, 25 Sentyabr 2019