ADPU-nun Quba filialında “Qayıdışdan qurtuluşa” adlı elmi-praktik konfrans keçirilib

07.07.2020
ADPU-nun Quba filialında  “Qayıdışdan qurtuluşa” adlı elmi-praktik konfrans keçirilib

ADPU-nun Quba filialında “Qayıdışdan qurtuluşa” adlı elmi-praktik konfrans keçirilib

İyunun 11-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Günü ilə əlaqədar olaraq “Qayıdışdan qurtuluşa” adlı onlayn elmi-praktik konfrans keçirilib. Konfrans filial tarixində ilk dəfə olaraq  Quba Rayon İcra Hakimiyyəti nümayəndələrinin,  respublikanın tanınmış alim və ziyalılarının, siyasətçilərinin, Quba rayonunun ictimai-siyasi həyatında önəmli yer tutan struktur rəhbərlərinin də iştirakı ilə geniş tərkibdə keçirilib.

Konfransda filialın direktoru dosent Yusif Alıyev, Quba RİH başçısının İctimai siyasi məsələlər üzrə müavini Səidə Abasova, Millət vəkilləri Sadiq Qurbanov, Vahid Əhmədov, Qənirə Paşayeva, Nizami Cəfərov, Fazil Ağamalı, professor Şahlar Əsgərov, YAP Quba rayon Təşkilatının sədri Yusif Abidov, YAP Quba rayon təşkilatı Gənclər Birliyinin sədri Əhməd Bəkirli,  Quba Rayon Heydər Əliyev Mərkəzinin müdiri Elza Orucova, Quba Turizm, Menecment və Destinasiya Mərkəzinin müdiri Heybət Vəliyev, Quba şəhər Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru Baləmət Baləmətov, Quba şəhər Bələdiyyəsinin sədri Humay Məmmədova, Quba Rayon Mərkəzi Kitabxanasının direktor müavini Hüriyyə Sultanova, “Qafqaz” TV-nin nümayəndələri, filialın əməkdaşları və tələbələri iştirak ediblər.

Konfransı giriş sözü ilə açıq elan edən filialın direktoru dosent Yusif Alıyev 15 İyun tarixinin əhəmiyyətindən və bu tarixi hadisənin gənc nəslə çatırılmasında bu cür konfrans və görüşlərin keçirilməsinin əhəmiyyətindən danışdı. Sonra Quba rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyevin konfransın təşkilinə göstərdiyi diqqət və qayğıya görə təşəkkürünü bildirib, konfrans iştirakçılarını salamlamaq üçün İcra Hakimiyyəti Başçısı adından sözü Səidə Abasovaya təqdim etdi. Səidə Abasova çıxış edərək konfransın təşklatçılarına başda dosent Yusif Alıyev olmaqla Quba RİH başçısı Ziyəddin Əliyevin adından təşəkkür edib, vurğulayıb ki, ulu öndər Heydər Əliyev haqqında sadəcə, konfranslarda danışmaqla yekunlaşa bilmərik, belə önəmli şəxsiyyətin həyatını biz daim öyrənməliyik.

Daha sonra konfransda çıxış edən plenar məruzəçi Milli Məclisin Ekologiya və təbii ehtiyatlar komitəsinin sədri, millət vəkili Sadiq Qurbanov bildirib ki, Heydər Əliyev ideyalarına filial rəhbərliyinin belə bağlılığı bizlərdə xüsusi qürur hissi oyadır. Sadiq Qurbanov həm də bildirib ki, Tarixin bütün mərhələlərində şəxsiyyətin rolu danılmazdır. Bəzən güclü şəxsiyyətlər tarixin mühüm mərhələsinin başlanğıcı kimi çıxış edirlər. Belə mühüm tarixi şəxsiyyətlərdən biri də ümummilli lider Heydər Əliyevdir. Xalqın taleyində böyük önəm daşıyan elə tarixlər də var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən əhəmiyyətli başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan bir insan – Heydər Əliyevdir.

Ulu öndərimizin həyat fəlsəfəsi onun müstəqil dövlətçilik və azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliğ olunması və hərtərəfli inkişaf etdirilməsi Azərbaycanımızın işıqlı gələcəyi naminə mühüm məsələlərdəndir. Heydər Əliyev müasir dövlətimizin ideoloji-siyasi əsaslarını tarixi irs və milli-mənəvi dəyərlər əsasında yaradaraq, onu real həyatda gerçəkləşdirmiş müdrik şəxsiyyət kimi hələ sağlığında canlı əfsanəyə çevrilmişdir.

Zaman ötdükcə, olkəmiz bütün sahələr üzrə inkişaf edib möhkəmləndikcə bu şərəfli tarixin önəmi daha aydın dərk olunur. Xalqımız bu tarixi, yəni ulu öndərimiz Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışının rəsmiləşdiyi tarixi sonsuz minnətdarlıq hissi ilə xatırlamağı özünə mənəvi borc hesab edir. Çünki danılmaz həqiqət ortadadır. Hər kəs bilir ki, 15 İyun-Milli Qurtuluş Günü olmasaydı müstəqil dövlət kimi mövcudluğumuz 1918-1920 ci illərdə əldə etdiyimiz müstəqillikdən də qisa olacaqdı. Ulu öndərin böyük qayıdışı nəinki, Azərbaycanın XX yüzillikdə ikinci dəfə qazandığı müstəqilliyinin itirilməsinin qarşısını aldı, eyni zamanda ölkəmizi sabitliyə, davamlı inkişafa, sosial rifaha istiqamətləndirdi. Əslində, bizim 2-ci müstəqillik tariximiz 15 iyundan başlamışdır desək, yanılmarıq.

Konfransda çıxış edən professor Şahlar Əsgərov ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının xilaskarı adlandırılmasının səbəbini tarixi faktlarla izah etmiş, ulu öndərin bu xalqın, dövlətin inkişafı yönümdə atdığı ilk addımların bünövrəsi üzərində bu gün də hansı uğurlara imza atdığımızı vurğulamışdır.

Daha sonra çıxış edən Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bildirib ki, ulu öndər Heydər Əliyev xalqımız üçün ən ağır məqamlarda daim xalqla birlikdə olmuşdur, hər zaman şəxsiyyətindən doğan böyük müdriklik və  cəsarət nümayiş etdirmişdir. Sözün həqiqi mənasında ulu öndər Heydər Əliyev bəşər sivilizasiyasının ən fenomenal şəxsiyyətlərindən biri kimi tarixə düşmüşdür.

Konfransda çıxış edən Millət vəkili Vahid Əhmədov ulu öndər Heydər Əliyevlə görüşlərindən, dahi şəxsiyyətlə bağlı xatirələrindən söhbət açaraq, xüsusilə vurğulayıb ki, Azərbaycan tarixinə bəlkə də 100 il bundan sonra da Heydər Əliyev kimi şəxsiyyət gəlməyəcəkdir, Heydər Əliyev özlüyündə bütün keyfiyyətləri bənzərsiz və əvəzolunmaz bir lider idi.

Konfransda çıxış edən Millət Vəkili Fazil Ağamalı da Heydər Əliyevin dövlət idarəçilik sitemi və müasirlik mövzularına toxunaraq vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətdə olduğu 1993-2003-cü illərdə Azərbaycanın ictimai-siyasi həyatının bütün sahələrinin uzun müddət dinamik inkişafını təmin edən kompleks tədbirlər həyata keçirib, bu səbəbdən də bizlər bu gün bu dahi şəxsiyyətin ömür və fəaliyyət  yolunu tariximizin ən şanlı səhifələri kimi diqqətlə öyrənməliyik.

Ümumilikdə konfransda məruzə ilə çıxış edənlər ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının tarixində atdığı yorulmaz addımlardan, memarı olduğu Azərbaycan dövlətinin yaxın keçmişində baş verənlərdən və bu zaman Heydər Əliyev imzasının önəmindən, ümummilli liderlə bağlı unudulmaz xatirələrdən, Heydər Əlirza oğlu Əliyevin əvəzedilməz xarizmasından, bənzərsiz şəxsi keyfiyyətlərindən, millətə, dövlətə, xalqa həsr edilmiş böyük lider ömründən ətraflı söhbət açmış, belə önəmli bir tədbirin filial rəhbərliyinin təşəbüsü ilə keçirilməsinin, Azərbaycan gəncliyinin Heydər Əliyev dühasının öyrənməsi yolunda əhəmiyyətindən bəhs edərək  dosent Yusif Alıyevə öz təşəkkürlərini bildiriblər.

Sonda ulu öndər Heydər Əliyevə həsr olunmuş videoçarx nümayiş olunub.

Qeyd edək ki, onlayn formatda, ZOOM platforması üzərindən baş tutan konfrans filialın rəsmi “facebook” səhifəsindən canlı olaraq yayımlanıb.

 “QAYIDIŞDAN QURTULUŞA” ADLI ELMİ-PRAKTİK KONFRANS BAŞ TUTUB

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?