Azərbaycan Dövlət Pedaqoji Universiteti
Quba Filialı

ADPU-nun Quba Filialında pedaqoji təcrübəyə dair yekun konfrans keçirildi

Mayın 24-də ADPU Quba Filialında 2018-2019-cu tədris ilində təhsilini başa vuran Pedaqoji fakültə tələbələrinin pedaqoji təcrübəyə dair yekun konfransı keçirilib.

Konfransı giriş sözü ilə açan filialın direktoru, professor  Əli Allahverdiyev konfrans iştirakçılarını salamlayıb və pedaqoji təcrübəni uğurla başa vuran tələbələri təbrik edib.Daha sonra çıxış edən filialın pedaqoji təcrübə rəhbəri Səlimə Müzəffərova 2018-2019-cu tədris ilində filialın  pedaqoji təcrübəyə yekun vuran tələbələri haqqında,  onların pedaqoji təcrübədə olduğu məktəblərin, psixoloji mərkəzin rəhbərliyinin, təhkim olunduqları sinif və fənn müəllimlərinin, metodist müəllimlərin, pedaqoq və psixoloqların  xüsusi razılığını konfrans iştirakçılarına çatdırıb. Daha sonra filialın “Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, “Təhsildə sosial və psixoloji xidmət”, “Tarix və coğrafiya müəllimliyi”, “İbtidai sinif müəllimliyi”,” Məktəbəqədər təlim tərbiyə”, “Riyaziyyat və informatika müəllimliyi” ixtisasının pedaqoji təcrübəni başa vuran tələbələri çıxış edərək gələcək müəllimlik fəaliyyətində əsaslı rolu olan pedaqoji təcrübənin məhsuldar keçməsindən razı qaldıqlarını, müqəddəs müəllim peşəsinə yiyələnmələri üçün onlara hər zaman qayğı göstərən,diqqətini əsirgəməyən, filialda yaratdığı səmimi abu-hava ilə gənclərə savadlı kadr olmaqda göstərdiyi köməkliyə görə  filialın direktoru, professor Əli Allahverdiyevə  dərin təşəkkürlərini bildiriblər. Ümumilikdə tələbələrin çıxışlarında filialın Tədris və elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru İsmayıl Mahmudova, Pedaqoji fakültənin dekanı, filologiya üzrə fəlsəfə doktoru Qələmşah İdrisova,  metodist müəllimlərə, ümumiyyətlə, pedaqoji işin ustalığını öyrədən hər bir müəllimə ayrı-ayrılıqda təşəkkür ünvanlanıb.

Sonda tələbələrin açıq dərslərindən görüntülər olan video çarxlar, slaydlar nümayiş olunub.


      

  • Mənbə: ADPU Quba filialı

  • Cümə, 24 May 2019


  • Müəllif: Yusif Abayev


Oxşar xəbərlər

ADPU-nun Quba Filialında 15 Sentyabr Bilik Günü

Çərşəmbə axşamı, 15 Sentyabr 2018

ADPU-nun Quba filialında yeni “Kitab klub” fəaliyyətə başladı.

Çərşəmbə, 16 Oktyabr 2019

ADPU-nun Quba Filialının tələbələri IV Qış Elm Festivalında II yerin qalibi oldular.

Çərşəmbə, 26 Dekabr 2018