Azərbaycan Dövlət Pedaqoji Universiteti
Quba Filialı

ADPU-nun Quba Filialında payız semestrinin imtahan sessiyası

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba Filialında imtahan sessiyasına hazırlıq payız semestrinin əvvəlindən başlanılmışdır

Belə ki, semestrin əvvəlindən elektron formada təqdim olunan mühazirələr,sillabuslar,  obyektiv və ciddi keçirilən seminarlar, sərbəst işlərin yazılması prosesi, tədris işçilərinin məsuliyyəti imtahanların şəffaf və obyektiv keçirilməsi üçün zəmin hazırlayır. Bütün bunlar tələbələrin imtahanaqədərki bilik səviyyəsinin yüksəldilməsində xüsusi rol oynayır.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba  Filialında hazırda 6 ixtisas üzrə 784 tələbə payız imtahan sessiyasına buraxılmışdır. Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba  Filialında  hər zaman olduğu kimi imtahan sessiyasının başlanması ilə əlaqədar “Payız imtahan sessiyasının mütəşəkkil keçirilməsi haqqında”, “Münaqişə komissiyasının yaradılması haqqında”, “Payız  imtahan sessiyasına görə imtahan komissiyasının yaradılması haqqında ”, “ İmtahan Qərargahının yaradılması haqqında” və “ Nəzarətçi koordinatorların təyin olunması haqqında ” daxili əmrlər verilmiş  və imtahan sessiyasının keçirilməsində Təhsil  Nazirliyinin qüvvədə olan Əsasnamələri , təlimatları , əmr və göstərişləri nəzərə alınır.

Filial  kollektivi  ali tədris ocağı kimi tələbələrin ixtisaslara mükəmməl yiyələnmələri ni, onların cəmiyyətdə  gələcəkdə layiqli yer tutmaları üçün ixtisaslarına mükəmməl yiyələnmələrini  daim diqqət mərkəzində saxlayır. Bu səbəbdən də tədris məşğələlərində, imtahan sessiyalarında onların biliklərinin obyektiv və şəffaf qiymətləndirilməsi başlıca meyar hesab edilir.

İmtahanlar tədris planlarına  uyğun olaraq filialın direktorunun əmri ilə təsdiq olunmuş cədvəl əsasında keçirilir.Hər imtahandan qabaq  cədvələ əsasən məsləhət saatı aparılır , tələbələrin məsləhət saatlarında iştirakları təmin edilir və  dərs  jurnalında qeyd olunur.

İmtahan müddətində valideynlər üçün “ Açıq qapı” elan edilir, bu da valideynlərdə  imtahanların gedişi barədə dolğun təsəvvür yaradılmasına xidmət edir.  Arzu edən valideynlər imtahanın gedişatında imtahan otaqlarında  iştirak edirlər.Sonradan isə imtahan haqqında  öz fikirlərini filialın “Rəy və təkliflər ” kitabına qeyd edirlər.

       2018-2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasında şəffaflığın təmin edilməsi üçün bugün həmişə olduğu kimi bütün kollektiv, professor və müəllim heyəti də daxil olmaqla  əlindən gələni əsirgəmir. Bu məqsədlə hər gün saat 8:30 da bütün kollektivin  və qeyri-ixtisas müəllimlərindən , habelə texniki işçilərdən təşkil edilmiş koordinatorların da iştirakı ilə iclas keçirilir. Koordinatorlar həmin iclasda  təyin olunur, koordinatorlar vasitəsilə imtahanlara nəzarət həyata keçirilir. Bu operativ təcrübə hər gün tətbiq olunur.

İclasda koordinatorlara məsləhətlər verilir, tələbələrlə davranarkən etik  qaydalara xüsusi əməl etməyin vacibliyi vurğulanır, imtahan zamanı davranış qaydalarına əməl etməyən və üzərində mobil telefon və ya digər köməkçi vasitələr aşkar olunan tələbələrin  imtahandan protokollaşdırılaraq  kənarlaşdırılması ,  onların imtahan cavablarının  ləğv edilməsi ilə bağlı qərar bir daha diqqətə çatdırılır,  kafedralara imtahan nəticələrinin həmin gün yoxlanılmasının təmin edilməsi üçün ciddi tapşırıq verilir. Ümumiyyətlə, filialda imtahan sessiyasının şəffaf və obyektiv keçirilməsi üçün lazımi tədbirlər həyata keçirilir.

        İmtahan başa çatdıqdan sonra cavab vərəqləri koordinatorlar tərəfindən xüsusi ayrılmış otaqda yığılır, şifrələnir , nəticələr ixtisas müəllimləri tərəfindən kamera ilə nəzarət olunan  otaqda  obyektiv və çarpaz  yoxlanılıb qiymətləndirilir. Təlimata əsasən bu barədə tələbələrə həmin gün imtahan nəticələri haqqında müvafiq məlumatlar verilir, nəticələr elanlar lövhəsindən asılır.

 Sessiya müddətində daxil olacaq şikayətlərin operativ şəkildə araşdırılmasını təmin etmək məqsədilə filialda İmtahan Qərargahı yaradılıb. Bundan əlavə imtahan prosesində yarana biləcək münaqişə və şikayətlərin operativ və obyektiv həll edilməsini təmin etmək məqsədilə Münaqişə Komissiyası fəaliyyət göstərir. İmtahan Qərargahının və Münaqişə Komissiyasının əlaqə nömrələri elanlar lövhəsindən asılıb. “Şikayət  və təkliflər qutusu”  hazırlanaraq filialın əsas tədris korpusunun  I I mərtəbəsinin akt zalında yerləşdirilib.

 İmtahan sessiyasının mütəşəkkil, obyektiv və şəffaf keçirilməsində  filial rəhbərliyinin göstərişlərinə tam  əməl olunur.

İctimaiyyətlə əlaqələr şöbəsi.

  • Mənbə: ADPU Quba filialı

  • Cümə axşamı, 3 Yanvar 2019


  • Müəllif: Yusif Abayev


Oxşar xəbərlər

ADPU-nun Quba Filialının müəllimi Beynəlxalq Simpoziumda iştirak edib

Cümə axşamı, 22 Noyabr 2018

ADPU-nun Quba Filialında görkəmli şair Ramiz Qusarçaylının 60 illik yubleyi keçirilib.

Cümə axşamı, 23 May 2019

“Dərdimi yazan olaydı”

Çərşəmbə axşamı, 30 Aprel 2019