Azərbaycan Dövlət Pedaqoji Universiteti
Quba Filialı

ADPU-nun Quba Filialında olimpiada keçirilib

9 dekabr 2019-cu il tarixində ADPU - nun Quba filialında müxtəlif fənlər üzrə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyinə həsr olunmuş olimpiada keçirilib.

    9 dekabr 2019-cu il tarixində Azərbaycan Dövlət Pedoqoji Universitetinin Quba filialında müxtəlif fənlər üzrə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyinə həsr olunmuş olimpiadanın ikinci mərhələsi keçirildi. Birinci turda iştirak etmiş 114 tələbədən 30 tələbə ikinci tura keçmişdir.Olipiadada tələbələrə hər fənn üzrə 5 sual təqdim olunub və hər sual isə 10 ballıq sistemlə qiymətləndiriləcək. Olimpiadaların nəticələri xüsusi kodlaşdırılmadan keçdikdən sonra mütəxəssislər tərəfindən yoxlanılacaq.Olimpiada iştirakçılarından birinci yerin qalibi 70, ikinci yerin qalibi 50, üçüncü yerin qalibləri isə 30 manat məbləğındə pul mükafatı ilə mükafatlandırılacaqlar. Bundan başqa hər biri 20 manat olmaqla üç həvəsləndirici mükafat da Olimpiada iştirakçılarına təqdim olunacaq.Hər bir tələbəmizə uğurlar arzu edirik!

  • Mənbə: ADPU Quba filialın ictimaiyyətlə əlaqələr şöbəsi

  • Bazar ertəsi, 9 Dekabr 2019


  • Müəllif: Yusif Abayev


Oxşar xəbərlər

ADPU-nun Quba Filialında “Gənclərin elmi fəaliyyətinin istiqamətləri” mövzusunda tədbir keçirilib

Cümə axşamı, 26 Sentyabr 2019

ADPU-nun Quba Filialının dosenti Məhəmməd Nurməmmədov beynəlxal konfransda iştirak edib

Şəmbə, 8 Sentyabr 2018

ADPU-nun Quba Filialında I tədris ili tələbələri ilə görüş keçirilib.

Çərşəmbə axşamı, 17 Sentyabr 2018