Azərbaycan Dövlət Pedaqoji Universiteti
Quba Filialı

ADPU-nun Quba Filialında “Nəsimi-650 il” adlı tədbir keçirilib

Mayın 30-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba Filialında dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbir  filialın Ədəbiyyat və dillər kafedrasının müdiri, dosent Gülşən Ağabəy tərəfindən təşkil edilib.

Tədbirdə filialın direktoru, professor Əli Allahverdiyev, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müvafiq elmi-tədqiqat institutlarının alim-mütəxəssisləri –filologiya elmlər doktoru, professor Bədirxan Əhmədli, filologiya elmlər doktoru Rəhim Əliyev , Quba Rayon Mədəniyyət Mərkəzinin direktoru, İctimai Televiziyanın bölgə müxbiri Ramiz Ramazanlı, Quba Rayon Vladimirovka kənd orta məktəbinin direktoru Gülnarə Hüseynova, filialın professor və müəllim heyəti iştirak ediblər. 
Tədbirdə filialın Ədəbiyyat və dillər kafedrasının müdiri, dosent Gülşən Ağabəy,  həmin kafedranın  müəllimləri, dosent Ramazan Qafarlı,  Eyvaz Şeydayev, filologiya üzrə fəlsəfə doktoru Vüqar Teymurxanlı, Günəş Xudayarova, Kəmalə Bayramova çıxış ediblər.

Tədbirdə həmçinin filialın  “Azərbaycan dili və ədəbiyyat müəllimliyi” ixtisasının tələbələrinin ifasında dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin  qəzəlləri,həmin qəzəllərə yazılmış musiqilər  səsləndirilib, video-çarx nümayiş olunub.

Tədbir ümumilikdə xüsusi maraqla qarşılanıb.

  • Mənbə: ADPU Quba filialı

  • Cümə axşamı, 30 May 2019


  • Müəllif: Yusif Abayev


Oxşar xəbərlər

Şərqşünas alim Aidə İmanquliyevanın 80 illik yubileyi Quba filialında qeyd olundu

Bazar ertəsi, 14 Oktyabr 2019

ADPU-nun Quba Filialında intellektual oyun keçirilib.

Cümə axşamı, 27 Sentyabr 2018

Tədris və təlimin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə görülən işlər davam edir

Cümə axşamı, 26 Sentyabr 2019