Azərbaycan Dövlət Pedaqoji Universiteti
Quba Filialı

ADPU-nun Quba Filialında Milli Qəhrəman Çingiz Qurbanovla bağlı "Şəhidlər ölməz, Vətən bölünməz !" adlı tədbir keçirilib.

Noyabrın 25-də ADPU Quba filialının akt zalında Azərbaycanın Milli Qəhrəmanı şəhid Çingiz Qurbanovun anadan olmasının 25 illik yubileyinə həsr olunmuş “Şəhidlər ölməz, Vətən bölünməz!” mövzusunda tədbir keçirildi.

     Tədbirdə filialın direktoru dosent Yusif alıyev, Müdafiə Nazirliyinin müşaviri, Əməkdar İncəsənət xadimi, polkovnik Abdulla Qurbani, polkovnik Qurban Məmmədov, Qusar rayonu Həzrə kənd tam orta məktəbinin direktoru Natiq Novruzov, N saylı Hərbi hissənin zabiti-komandir müavini A. Hacıyev, şair Ramiz Qusarçaylı və Çingiz Qurbanovun ailə üzvləri-atası Salman Qurbanov, anası-Nailə Qurbanova, bibisi-Nüşabə Hacıyeva və filialın kollektivi iştirak etdi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin ifa edilməsi ilə açıq elan edildi. Daha sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş vətən övladlarının, həmçinin şəhid Çingiz Qurbanovun xatirəsi bir dəqiqəlik sükutla yad edildi. İlk olaraq çıxış üçün söz filialın direktoru dosent Yusif Alıyevə verildi. O, öz çıxışı ilə həm ADPU-nun rektoru professor Cəfər Cəfərovun, həm də öz adından gələn qonaqları salamladı, çıxışında hazırda ölkə prezidenti cənab İlham Əliyev tərəfindən aparılan məqsədyönlü siyasətdən, dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıdan ətraflı bəhs etdi, bildirdi ki, Azərbaycan hər zaman öz qəhrəman oğulları ilə fəxr edir, onları yaşadır. Dosent Yusif Alıyev həm də qeyd etdi ki, 2017-ci ilin 7 fevralında Azərbaycan Respublikası Prezidenti, Silahlı qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyinə görə əsgər Çingiz Salman oğlu Qurbanov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Daha sonra vurğuladı ki, yüz il də, min il də keçsə Çingiz Qurbanov unudulmayacaq. Onun kimi bir övlad yetişdirən ailəyə dərin təşəkkürünü bildirərək, onlar qarşısında baş əydi.

    Daha sonra Müdafiə Nazirliyinin müşaviri polkovnik Abdulla Qurbaniyə söz verildi. O, çıxışında Milli Qəhrəman Çingiz Qurbanova həsr etdiyi “Çingiz dastanı” adlı dəyərli sənət nümunəsi olan əsəri haqqında danışdı, Azərbaycanın qəhrəman oğullarının şücaətlərindən, Azərbaycan torpağının yetişdirdiyi qəhrəmanlardan ətraflı söz açdı.

     Tədbirdə çıxış edən "Azərbaycan bayrağı" şeirinin müəllifi, Vətən qoxulu şeirləri ilə qəlblərdə heykəl quran, görkəmli şair Ramiz Qusarçaylı da bildirdi ki, belə tədbirlərin keçirilməsi əvəzsizdir, mütləqdir. Şair çıxışının sonunda şəhid Çingiz Qurbanova həsr etdiyi şeirini səsləndirdi. Tədbirdə şəhid Çingiz Qurbanovun atası Salman Qurbanov, təhsil aldığı Həzrə kənd orta məktəbinin direktoru Natiq Novruzova, eyni universitetdə təhsil aldığı yoldaşı Vüqar Yarəhmədov, filialın Təbiət fənləri və onun tədrisi metodikası kafedrasının baş müəllimi Şıxəmməd Seyidməmmədov çıxış edərək şəhid Çingiz Qurbanovla bağlı xatirələrini dilə gətirdilər, şəhidlik zirvəsinin müqəddəsliyi, Vətən uğrunda şəhid olmağın böyüklüyü haqında danışdılar, Milli Qəhrəman Çingiz Qurbanova həsr edilən şeirlər səsləndirdilər.

     Daha sonra Abdulla Qurbani və şəhid Çingiz Qurbanovun atası Salman Qurbanov filialın direktoru dosent Yusif Alıyev tərəfindən Fəxri diplomla təltif olundular. Tədbirdə həmçinin polovnik Abdulla Qurbaninin "Çingiz dastanı" adlı əsərinə bəstələnən musiqi və Çingiz Qurbanovun həyatından bəhs edən bir videoçarx da nümayiş olundu.

Quba Filialında Milli Qəhrəman Çingiz Qurbanovla bağlı "Şəhidlər ölməz, Vətən bölünməz !" adlı tədbir KİV ilə də yayımlanmışdır . Videoçarx

  • Mənbə: ADPU Quba filialın ictimaiyyətlə əlaqələr şöbəsi

  • Bazar ertəsi, 25 Noyabr 2019


  • Müəllif: Yusif Abayev


Oxşar xəbərlər

ADPU-nun Quba Filialında 9 Noyabr Dövlət Bayrağı Günü qeyd olundu.

Cümə, 9 Noyabr 2018

ADPU-nun Quba Filialında Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümünə həsr edilən konfrans keçirilib.

Çərşəmbə, 27 Noyabr 2019

Rektor Cəfər Cəfərov Qubada “Alma Bayramı”nda iştirak etmişdir

Şəmbə, 12 Oktyabr 2019