Azərbaycan Dövlət Pedaqoji Universiteti
Quba Filialı

ADPU-nun Quba Filialında “Məzun Günü ” keçirilib.

Mayın 24-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba Filialında “Məzun Günü” keçirilib.Məzun günündə filialın professor, müəllim və tələbə heyəti iştirak edib.

Tədbirdə çıxış edən filialın direktoru, professor Əli Allahverdiyev bu ilki məzunları təbrik edib, onlara bu həyatda uğurlar arzu edib. Məzunlar tərəfindən isə  professor Əli Allahverdiyevə ilin ən humanist və qayğıkeş direktoru kimi Təşəkkürnamə təqdim olunub.

Tədbirdə həmçinin filialın Tədris və elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru İsmayıl Mahmudov, Pedaqoji fakültənin dekanı, filologiya üzrə fəlsəfə doktoru Qələmşah İdrisov çıxış ediblər.

Daha sonra tədbirin bədii hissəsində tanınmış müğənni Ayaz Babayev çıxış edib, onun səsləndirdiyi musiqilər kollektiv tərəfindən xüsusi maraqla qarşılanıb, müğənniyə tədbirdə iştirakına görə təşəkkür edilib.

Tədbirdə həmçinin Quba şəhərinin “Şərq incisi” rəqs kollektivi də iştirak edib, məzunları öz gözəl rəqsləri ilə təbrik ediblər.

Tədbirin sonunda 4 il müddətində filialda tədris göstəricilərinə və filialın ictimai həyatında  fərqlənən tələbələrə Fəxri fərmanlar təqdim olunub.

 

  • Mənbə: ADPU Quba filialı

  • Cümə, 24 May 2019


  • Müəllif: Yusif Abayev


Oxşar xəbərlər

Respublika Müəllimlərinin Beynəlxalq Seminarı

Cümə axşamı, 6 Dekabr 2018

ADPU-nun Quba Filialında nümunəvi açıq dərs keçirilib

Çərşəmbə axşamı, 10 Dekabr 2019

ADPU-nun Quba Filialında 15 Sentyabr Bilik Günü

Çərşəmbə axşamı, 15 Sentyabr 2018