Azərbaycan Dövlət Pedaqoji Universiteti
Quba Filialı

ADPU-nun Quba Filialında intellektual oyun keçirilib.

Sentyabrın 27-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba Filialında ixtisaslararası intellektual yarış keçirilib.

Yarışda Quba Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi, “ Yurd “Gənclərin İnkişafına Dəstək İB-nin sədri Ramin Mahmudov, filialın Tələbə Gənclər Təşkilatının (TGT) sədri Həcər Seyidəhmədova çıxış edib, “Nə? Harada? Nə zaman ?” oyunu üzrə bilik mübarizəsi aparan komandalara uğurlar arzulayıb, bu turnirin “ Azərbaycan gəncliyi 2017-2021-ci illərdə”  Dövlət Proqramının müvafiq bəndinin icrasına uyğun olaraq təşkil olunduğunu vurğulayıblar.

  Yarışda filialın “ Tarix və coğrafiya müəllimliyi”, “ İbtidai sinif müəllimliyi”, “ Azərbaycan dili və ədəbiyyatı müəllimliyi “ Riyaziyyat və informatika müəllimliyi ”, “ Təhsildə social psixoloji xidmət ”, “Məktəbəqədər təlim tərbiyə “  ixtisasının I-III  tədris ili tələbələrindən ibarət  7 komanda iştirak edib.

Suallar  tələbə-gənclərin dünyagörüşünü, məntiqini ,Azərbaycan tarixi, coğrafiyası, mədəniyyəti və incəsənəti sahəsində  biliklərini yoxlamaq məqsədi ilə hazırlanıb. Suallar  “ İntellektual Oyunlar Klubu” nun sədri , “ Tarix və coğrafiya müəllimliyi ” ixtisasının V tədris ili tələbəsi Elvin Seyfəddinov   tərəfindən təqdim olunub.

  • Mənbə: ADPU Quba filialı

  • Cümə axşamı, 27 Sentyabr 2018


  • Müəllif: Yusif Abayev


Oxşar xəbərlər

ADPU-nun Pedaqoji Forumunun növbəti dinləməsi keçirilib.

Cümə, 6 Sentyabr 2019

Azərbaycan Gənclərinin VIII Forumu

Cümə, 19 Noyabr 2018

ADPU Quba filialında 2019-2020-ci tədris ilinin başlanması münasibəti ilə tədbir keçirilib

Bazar ertəsi, 16 Sentyabr 2019