Azərbaycan Dövlət Pedaqoji Universiteti
Quba Filialı

ADPU-nun Quba Filialında İnnovativ tədris auditoriyasının açılışı olub.

Okrtyabrın 11-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında müasir standartlara cavab verən İnnovativ tədris auditoriyasının açılışı olub.

 

Auditoriyanın açılışında filialın direktoru dosent Yusif Alıyev iştirak edib. Tədbirdə filialın professor-müəllim heyəti iştirak edib.Tədbiri ulu öndər Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” kəlamı ilə açıq elan edən dosent Yusif Aliyev  bildirib ki, XXI əsr “İnformasiya əsri” olduğunda müasir təhsili müasir texnologiyalarsız təsəvvür etmək olmaz. İnnovativ texnologiyalar təhsilin keyfiyyətini yaxşılaşdırmaqla pararel olaraq, təhsilverənin işini asanlaşdırır, təhsilalanların qısa zaman ərzində daha böyük həcmdə informasiyanın qəbul etməsinə imkan yaradır.

Tədbirdə həmçinin filialın Tədris işləri üzrə direktor müavini tarix üzrə fəlsəfə doktoru İsmayıl Mahmudov, filialın Pedaqoji fakultəsinin dekanı filologiya üzrə fəlsəfə doktoru Qələmşah İdrisov, Təbiət fənləri və onun tədrisi metodikası kafedrasının müdiri dosent Güləddin Həmzəyev, Pedaqoji və ictimai fənlər kafedranın müdiri tarix üzrə fəlsəfə doktoru Elnur Nəsirov və başqaları İKT avadanlıqları və innovativ texnologiyaların təhsildəki əhəmiyyətindən ətraflı bəhs etdilər.

Sonda çıxış edən filialın İnformasiya və Kommunikasiya Texnologiyaları şöbəsinin müdiri Yusif Abayev çıxış edərək yeni açılan mərkəzin əhəmiyyətindən danışaraq vurğulayıb ki, auditoriya 16 ədəd monoblokla, 1 ədəd Promethan elektron interaktiv lövhə ilə və 1 ədəd proyektorla təchiz olunub. Bütün kompüterlərə 20 MB-li yüksək optik internet şəbəkəsi ilə internet verilib. Monoblokların 2018-ci ilin istehsalı olmaqla markası Lenova (10RX000SUM), prosesoru Pentium IV, Hard diski 8 QB olmaqla, Windows 10 əməliyyat sistemi ilə Promethan elektron interaktiv elektron lövhə isə sensor ekranlı olmaqla Activİnspire proqramı ilə təmin olunub.

Tədbirin sonunda tort kəsilərək xatirə şəkili çəkdirilib.

  • Mənbə: ADPU Quba filialı

  • Cümə, 11 Oktyabr 2019


  • Müəllif: Mətbuat xidməti


Oxşar xəbərlər

ADPU-nun Quba Filialında “Gənclərin elmi fəaliyyətinin istiqamətləri” mövzusunda tədbir keçirilib

Cümə axşamı, 26 Sentyabr 2019

ADPU-nun Quba Filialında “Azərbaycanda əlilliyi olan uşaqlar üçün keyfiyyətli inkluziv təhsilin genişləndirilməsi ” layihəsi çərçivəsində görüş keçirilib

Bazar ertəsi, 24 Sentyabr 2018

ADPU-nun Quba filialında tədbir keçirilib

Şəmbə, 27 Sentyabr 2019