Azərbaycan Dövlət Pedaqoji Universiteti
Quba Filialı

ADPU-nun Quba Filialında I tədris ili tələbələri ilə görüş keçirilib.

Sentyabrın 17-də 2018-2019-cu tədris ilində Azərbaycan Dövlət Pedaqoji Universitetində yeni tədris ili tələbələri ilə görüş keçirilib.

Sentyabrın 17-də 2018-2019-cu tədris ilində Azərbaycan Dövlət Pedaqoji Universitetinin            ( ADPU) Quba filialında “Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, “Riyaziyyat və informatika müəllimliyi”, “Tarix və coğrafiya müəllimliyi” , “İbtidai sinif müəllimliyi”, “ Məktəbəqədər təlim tərbiyə”, “Təhsildə sosial-psixoloji xidmət”  ixtisaslarında I tədris ilinə qəbul olunmuş tələbələrlə görüş keçirilib.

Görüşdə filialın direktoru , professor Əli Allahverdiyev, filialın Tədris və elmi işlər üzrə direktor müavini , tarix üzrə fəlsəfə doktoru İsmayıl Mahmudov, filialın Pedaqoji fakültəsinin dekanı Qələmşah İdrisov, dekan müavini Nübar Bayramova , kafedra müdirləri, müəllimlər və tyutorlar iştirak ediblər.

Görüşdə çıxış edən filialın direktoru, professor Əli Allahverdiyev tələbə-gəncləri universitetə qəbul olunmaları münasibətilə təbrik edərək onlara həyatda və təhsildə yeni–yeni uğurlar arzulayıb, bundan sonra da fəal olmağa səsləyib. Qeyd edib ki, 2018-2019-cu  tədris ilində   500-dən çox bal toplayan 9 nəfər və 670 bal toplayan 1 nəfər gəncin  təhsil almaq üçün ADPU-nun Quba Filialını  seçməsi təsadüfi deyil, təhsilin keyfiyyətinin yüksəldilməsi üçün həyata keçirilən islahatlar nəticəsindədir.

Daha sonra çıxış edən filialın Tədris və elmi işlər üzrə direktor müavini , tarix üzrə fəlsəfə doktoru İsmayıl Mahmudov, filialın Pedaqoji fakültəsinin dekanı Qələmşah İdrisov, Təbiət fənləri və onun tədrisi metodikası kafedrasının müdiri , dosent Güləddin Həmzəyev bütün professor , müəllim və tələbə kollektivini yeni tədris ilinin başlanması münasibətilə təbrik ediblər.

Görüşdə 670 balla universitetə qəbul olunmuş Nübar Rəhimovaya filialın direktoru , professor Əli Allahverdiyev tərəfindən   hədiyyə təqdim edilib.

Sonda tələbələri və valideynləri maraqlandıran suallar cavablandırılıb, dərs cədvəlləri paylanılıb, həmçinin təhsil alacaqları fakültənin dekanlığı, kafedraları, tədris auditoriyaları , kompüter otağı və kitabxana ilə tanış ediliblər.

  • Mənbə: ADPU-nun Quba Filialı

  • Çərşəmbə axşamı, 17 Sentyabr 2018


  • Müəllif: Yusif Abayev


Oxşar xəbərlər

ADPU-nun Quba Filialında Xocavənd rayonunun işğal edilməsi ilə bağlı anım mərasimi keçirilib

Çərşəmbə, 2 Oktyabr 2019

ADPU-nun Quba filialında tədbir keçirilib

Şəmbə, 27 Sentyabr 2019

Şərqşünas alim Aidə İmanquliyevanın 80 illik yubileyi Quba filialında qeyd olundu

Bazar ertəsi, 14 Oktyabr 2019